IM9: Vacib əmsallar və onların izahı - INNAB

IM9: Vacib əmsallar və onların izahı

“Holding period return” (HPR)  – investisiya dəyərinin zaman içində dəyişmə faizidir. İnvestisiya üzrə olan bütün pul gəlirləri (misal, dividentlər və ya faiz gəlirləri) investisiyanın dəyərinə əlavə edilir. Aşağıdakı misallar üzrəndən daha aydın görə bilərik:

Misal: 980 dollara qiymətli kağız alınmışdır. Qiymətli kağız 3 ay saxlanıldıqdan sonra 992 dollara satılmışdır. Qiymətli kağızın zaman içindəki gəlirlilik faizi nə qədərdir?

1

Misal: 30 dollara səhm alınmışdır. Səhm 6 ay saxlanıldıqdan sonra 33 dollara satılmışdır. Fərz edək ki, səhm üzrə 0.50 dollar divident ödənilmişdir. Səhmin zaman içindəki gəlirlilik faizi nə qədərdir?

2

“Money – weighted return” – investisiya portfellərinin daxili gəlirlilik faizinin (IRR) tapılmasında tətbiq edilir.

Misal: fərz edək ki, investor 100 dollara səhm alır (t=0 tarixində), növbəti ilin sonunda (t=1) investor 120 dollara daha bir yeni səhm alır.  İkinci ilin sonunda (t=2) investor hər bir səhmi 130 dollara satır. Fərz edək ki, hər il hər bir səhm üzrə 2 dollar divident ödənilmişdir. “Money – weighted rate of return” nə qədərdir?

a

3

i = 13.86% (Money – weighted rate of return)

BA II Plus Kalkulyatorunda hesablamaq üçün:

4

“Time – weighted rate of return” – investisiyanın mürəkkəb faiz artımını ölçür. Buna geometrik ortalamada demək olar. Bu alətdə, zamanın pul axınları üzrərində təsiri yoxdur. Buna görə də performansı ölçmək üçün istifadə edilən ən effektiv alətlərdən biridir.  Bunu hesablamaq üçün hər dövr üçün “Holding period return (HPR)” hesablanır, daha sonra alınmış göstəricilərin hasilinin n-ci (dövrlərin sayı) dərəcədən kökü tapılır.

Misal: fərz edək ki, investor 100 dollara səhm alır (t=0 tarixində), növbəti ilin sonunda (t=1) investor 120 dollara daha bir yeni səhm alır (eyni müəssisənin səhmi).  İkinci ilin sonunda (t=2) investor hər bir səhmi 130 dollara satır. Fərz edək ki, hər il hər bir səhm üzrə 2 dollar divident ödənilmişdir. Bu investisiya üzrə “Time – weighted rate of return”  nə qədərdir?

b

 

HPR1 = [ (120 + 2) / 100 ] – 1 = 22%

HPR1 = [ (260 + 4) / 240 ] – 1 = 10%

(1 + “time – weighted rate of return”)2 = (1.22) * (1.10)

“time – weighted rate of return” = [(1.22) * (1.10)]0.5 – 1 = 15.84%

“Bank discount yield” (BDY) – U.S. T istiqrazlarının gəlirliliyini ölçmək üçün istifadə edilən alətdir. Aşağıdakı düsturla hesablanır:

5

burda,

rBD  =  istiqrazın illik gəlirliliyi

D = (bazar dəyəri – alış dəyəri)

F  = bazar dəyəri

t  = müddətin sonuna qədər olan günlərin sayı

360 = bir ildə olan günlərin sayı 360 kimi qəbul edilir

Misal: alış qiyməti 98 500 dollar olan T istiqrazının hazırki bazar qiyməti 100 000 dollardır və istiqrazın müddətinə 120 gün qalıb. “Bank discount yield”i hesablayın

6

Bu alətin bir sıra mənfi cəhətləri var, bunlar aşağıdakılardır:

  • Sadə faiz hesablayır, mürəkkəb faizi nəzərə almır.
  • Bazar dəyəri üzrə hesablayır, halbuki investisiyanın gəlirliliyi investisiya edilən məbləğ üzrərindən ölçülür.
  • İllik gəlirliliyin ölçülməsində il üzrə günlərin sayı 365 yox 360 gün kimi götürülür.

“Effective annual yield” (EAY) – illik gəliri mürəkkəb faizlə ölçür. Bir ildə olan günlərin sayı 365 kimi qəbul edir. Aşağıdakı düsturla hesablanır:

EAY = (1 + HPY) 365/t – 1

Misal: alış qiyməti 98 500 dollar olan T istiqrazının hazırki bazar qiyməti 100 000 dollardır və istiqrazın müddətinə 120 gün qalıb. “Effective annual yield”i hesablayın:

7

EAY = (1 + 0.015228) 365/120 – 1 = (1.015228) 365/120 – 1 = 1.047042 – 1 = 4.7042%

Qeyd edək ki, EAY verildikdə biz HPY-i hesablaya bilərik. Bu misalda fərz edək ki, EAY verilib HPY hesablanmağı tələb olunur. Bu zaman: (1.047042) 120/365 – 1 = 1.5228%

“Money market yield” – illik gəlirliliyi ölçmək üçün istifadə edilən alətdir. Bir ildə olan günlərin sayı 360 kimi qəbul edir. “Bank discount yield”dən (BDY) fərqi odur ki, burda gəlirlilik bazar dəyəri üzrərində yox alış qiyməti üzərindən hesablanır. Aşağıdakı düsturla hesablanır:

rMM = HPY * (360/t)

“Bank discount yield” (BDY) verildikdə “Money market yield” aşağıdakı düstürla hesablanır:

8

Misal: alış qiyməti 98 500 dollar olan T istiqrazının hazırki bazar qiyməti 100 000 dollardır və istiqrazın müddətinə 120 gün qalıb. “Bank discount yield”i (BDY) 4.5% olarsa “Money market yield”ni hesablayın:

9

Və ya,

HPY = (100 000 – 98 500) / 98 500 = 1.5228%

rMM = 0.015228 * (360/120) = 4.569%

Bond equivalent yield – 2 * yarım illik effektiv gəlirlilik. Kupon faizləri yarım illik ödəndikdə gəlirlilik bu alət vasitəsilə ölçülür.

Misal: 3 aylıq kreditin “holding period yield”i (HPY) 2%-dir. “Bond equivalent yield”i hesablayın:

İlk olaraq yarım illik effektiv gəlirliliyi (“Effective semiannual yield”) hesablayaq.

EAY = (1 + 0.02) 2 – 1 = 4.04%

Alınan nəticəni 2-yə vururuq

2 * 4.04 = 8.08%

Misal: investisiyanın effektiv illlik gəlirliliyi (“Effective annual yield” (EAY)) 8% – dir. “Bond equivalent yield”i hesablayın:

İlk olaraq, effektiv illlik gəlirliliyi  effektiv yarım illlik gəlirliliyə çevirmək lazımdır

1.080.05 – 1 = 3.923%

Sonra, alınan nəticəni 2-yə vururuq

2 * 3.923% = 7.846%

1 Response

  1. Orxan dedi ki:

    Həqiqətən bu platforma sayəsində həm Excell həm də investisiya maliyyə statistika sahələrində müəyyən qədər məlumatlı oldum.Müəllimlərim qədər faydalı bilgilər öyrətdiniz.
    İnanıram ki bu məlumatlar mənə gələcəkdə iş həyatımda çox lazımlı olacaq.Dəyərli vaxtınızdan ayırıb insanlar üçün yararlı olduğunuz üçün sağ olun.Uğurlar!

Bir cavab yazın