1. 

İllik faiz dərəcəsi 9% olmaqla 1 000 manat məbləğində pul investisiya edilmişdir. 15 il sonra investisiya edilmiş pulun dəyəri nə olacaqdır?

2. 

Üç il sonra 100 manat vasait əldə etmək üçün illik faiz dərəcəsi 0% olmaqla bu gün nə qədər investisiya edilməlidir?

3. 

7 il sonra təqaüdə çıxdığınızda 10 000 manat pul əldə etmək istəyirsiniz. Bunun üçün Siz bugün banka nə qədər depozit yerləşdirməlisiniz. Fərz edək ki, bankın faiz dərəcəsi illik 8%-dir (mürəkkəb faiz)

4. 

Analitiklər ehtimal edir ki, XYZ şirkətinin hər səhmə düşən gəliri növbəti 8 il ərzində $3-dan $4.5-a qalxacaqdır. XYZ şirkətinin gəlirinin artım tempi neçədir?

5. 

Investisiya növbəti üç ildə 500, 200 və 800 manat gəlir gətirəcəkdir. İnvestisiyanın gəlirlilik faizinin 12% olduğunu nəzərə alaraq net bugünki dəyəri hesablayın:

6. 

Aktiv üzrə növbəti üç ildə 10, -20 və 10 manat pul axını olacağı və 4-cü ilin sonunda 150 manata satılacağı ehtimal edilir. Faiz dərəcəsinin 8.5% olduğunu nəzərə alaraq aktivin bu günki dəyərini hesablayın:

7. 

İnvestor 15 il ərzində ilk ödənişi bugün götürməklə hər il 8 000 manat gəlir əldə edəcəkdir. Faiz dərəcəsinin 11% olduğunu nəzərə alaraq, annuitet məbləğlərin bugünki dəyərini tapın

8. 

Şirkətin dividenti 2000-ci ildə 0.88 dollar idi. Növbəti 8 il ərzində divident hər il 0.91, 0.99, 1.12, 0.95, 1.09, 1.25, 1.42 və 1.26 dollar olmuşdur. Dividentin bu dövr ərzində illik mürəkkəb artım fazini hesablayın:

9. 

Faizlərin hesablanma periodu artdıqcan pulun gələcək dəyəri necə dəyişir?

10. 

Bu gün banka 1000 manat illik 12% faiz olmaqla 3 illik depozit qoyularsa və bankın faizləri davamlı (continious) hesabladığını fərz edərək, 3 ilin sonunda əldə ediləcək pulun məbləğini hesablayın:


Sualları cavablandırdıqdan yekun nəticəni təsdiqləməyi unutmayın.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir