Sevda Rzayeva / Excel kurslarımızın iştirakçısı

Hər şey əla idi. Kurs çox uğurlu keçdi. Kursa tamamilə sıfırdan – heç nə bilmədən gəlmişdim. Müəllim çox səbirli və təmkinli olduğu üçün hər şeyi xırdalığacan izah etdi. Ümid edirəm, iş tapmağım üçün ayağınız düşərli olar. Çox sağ olun!


Atakişi Əliyev / Excel kurslarımızın iştirakçısı

Çoxdandır, bu barədə yazmaq istəyirdim, vaxt olmurdu. Qismət bu günə imiş. Sizə kimdən danışım, INNAB komandasından. INNABla tanışlığım haradasa 3-4 ay əvvəl olub. Elə həmin vaxtlar ofis proqramlarını öyrənmək üçün kurslarla maraqlanırdım. Bundan 6-7 il əvvəl bir kursa getmişdim. Ancaq Word keçmişdik, sonra müəllim bircə həftə Excel keçdi. Mənə dedi ki, Excel də elə Word kimidir. Tək fərqi burada hər şey xanalara bölünməsidir. Mən də ondan sonra elə bildim ki, daha Exceli bilirəm. Təbii ki, bu, birinci kursun sonu CV göndərdiyim bir yerə gedənə qədər davam etdi. Orda bildim ki, Excelin heç “E”-si haqqında məlumatım yoxdur. Ondan sonra başladım, kurslarla maraqlanmağa, amma ürəyimə yatan bir kurs yox idi. Yanvar-Fevral aylarında innab.org saytından bəzi dərsləri öyrənməyə başladım. İndiyə qədər çoxlu online kurslardan dərslər almışdım, amma INNAB tam səmimi deyirəm, gördüyüm, görə biləcəyim ən yaxşısı idi. Dərslər həm aydın izah edilirdi, həm hər dərsdən sonra testlər verilirdi, bundan əlavə başa düşmədiyimiz suallar online cavablandırılırdı. Haradasa, ilk 10-15 dərsə baxdıqdan sonra düşündüm ki, əgər online bu qədər yaxşıdırsa, kursun özünə getmək daha da effektli olacaq. Düşündüyüm qədər də oldu. INNAB elə bir yerdi ki, orada mən dərs öyrənməkdən yorulmuram. Dərslər həm maraqlı, həm də çox keyfiyyətli keçirilir. Ən sevdiyim də dərslərdə keçdiyimiz hər bir şeyi praktiki tətbiq etməyimizdir. Bir də dərsin 1 saatı tamam olduqda coffee break olmasıdır. Bir sözlə, INNAB hər birinizin arzuladığı bir kursdur. Elə sadəcə sayta baş çəkməklə bunu özünüz də görəcəksiniz. Bütün INNAB kamandasına belə bir kurs qurduqları üçün təşəkkür edirəm və işlərində uğurlar arzulayıram. İnanıram ki, bir neçə ildən sonra INNAB hər kəsin tanıyacağı və sevəcəyi bir kurs olacaq.


Beyrək Muxtarov / Excel kurslarımızın iştirakçısı

Sadəcə mükəmməl! Kursda müəllimin hər tələbə ilə fərdi məşğul olması, hər mövzuya aid evə tapşırıqlar verib növbəti dərs hər tələbədən tapşırığın nəticəsi barədə maraqlanması, dərsin başa düşüləcək şəkildə, ətraflı izah olunması və s. Dərs yorucu olmur, çay fasiləsinin ayrıca yeri var idi).


Elçin Eyvazov/Excel kurslarımızın iştirakçısı

INNAB komandasının hər bir üzvünə Excel proqramının peşəkar səviyyədə tədrisi üçün təşəkkür edirəm. Düzü, bu kurs haqqında ilk dəfə eşidəndə keyfiyyətinə əmin deyildim. Çünki əvvəllər Excel proqramın öyrənmək üçün bir çox kurslara müraciət etsəm də, istədiyim tədris keyfiyyətini əldə edə bilməmişdim. Lakin INNAB kursunda bir dərs kifayət etdi ki, keyfiyyətə əmin olum. Xüsusən də tədris proqramı tam ardıcıllığı ilə bütün panelləri əhatə edir. Təşəkkürlər, INNAB.


Müşərrəf Çələbi / Excel kurslarımızın iştirakçısı

Keyfiyyətiniz əla idi. Həqiqətən müəllim də hər şeyi təkrar-təkrar neçə dəfə lazım gəlsə, başa salırdı. Hər şey dərsin keçirilməsi baxımından əla idi. Bircə yer məsələsi problem idi, onu da eşitdim ki, Caspian Plazaya köçürsünüz.


Emin Əliyev / Excel kurslarımızın iştirakçısı

Salam. Sizin təşkil etdiyiniz Excel kursunu bitirdim və mən nə yaxşı ki sizin kursu seçdim. Sözün düzü, mən sizin kursu belə bilməzdim. Elə bilirdim ki sizin kursda ancaq Excel cədvəl düzəltmək, xanaları rəngləmək və s. öyrədiləcək. Amma kursda tamam əksini gördüm. Heç təsəvvür etməzdim ki, Exceli bu incəliklərinə qədər öyrədəcəksiniz. Çox xoşuma gəldi sizin kurs. Müəllimdən də çox razıyam. Dərsləri çox aydın və misallar üzərində rahat başa salır. Excel kursu haqqında gözləntilərim çox yüksəkdir.


Ağahüseyn Hüseynov / Excel kurslarımızın iştirakçısı

Mən Bakıda çox Excel kurslarında iştirak etmişəm. Lakin INNAB kursu kimi Exceli bütün incəlikləri ilə tədris edən kurs görmədim. Belə gözəl tədris mərkəzini təsis edənlərə təşəkkürümü bildirirəm. Digər kurslardan fərqli olaraq INNAB-ın Excel təlimçisi işinin əhli idi. Bunun dərsdən əlavə işimizdə Excellə bağlı çıxan suallarımızı cavablandırarkən şahidi oldum. Arzum budur ki, INNAB reklamlarda da aktiv olsun. Təbii ki, biz məzunlar INNAB-ı ətrafımıza tövsiyə edəcəyik, lakin çox şəxslər var ki, həqiqətən Excelin haqqını verən kursdan xəbərsizdirlər. Sonda bütün INNAB kollektivinə öz təşəkkürümü bildirirəm və Excel öyrənmək istəyənlərə doğru ünvanın bura olduğunu bildirmək istəyirəm.


Dürdanə Alışova / Excel kurslarımızın iştirakçısı

Az müddətdə sizin kursdan çox şey öyrəndim. Çox sağ olun ki, sizin kimi kompüter bilikləri olan müəllimlər Azərbaycanda var. Mən bu qədərini təsəvvür etmirdim. Hər şey öz yerində. Sizin Excel videolarınız və proqramınız həmişə yanımda olacaq. Kursunuz barədə məmnuniyyət anketində bütün maddələrə 5 yazıram. Çünki mənim xoşuma gəlməyən bir şey olmayıb. Təlimçi hamı ilə fərdi maraqlanır. Kursda hətta yorğunluğu belə nəzərə alırsınız. Fasilə, kofe, çay və s. İnşallah görüşənədək. Sağ olun.


Anonim / Excel kurslarımızın iştirakçısı

Turizm şirkətlərindən birinin rəhbəri olan və adının çəkilmətini istəməyən bir kurs iştirakçımızın rəyi:
Şirkətin sürətli inkişafı üçün mütləqdir ki, şirkətin rəhbəri birbaşa işə nəzarət etsin. Bu zaman hesabatlar və digər hesablamalar zamanı Excelin köməyindən istifadə etmiş oluruq. Müəyyən dövrlərdə Exceli öyrənsəm də, praktik olaraq az tətbiq etdiyim üçün bir çox funksiyalarını unutmuşdum. Yenidən həmin teoretik kursu keçmək üçün aylar tələb olunduğundan bu iş adamı üçün mümkünsüz bir şeydir. “INNAB”ın 2 ay ərzində Exceli tam öyrən kampaniyası ilə maraqlandığımda möhtəşəm təkliflə qarşılaşdım. INNAB Exceli teoritik deyil, tam praktiki öyrədir. Yəni Exceldə olan bütün funksiyalar əyani şəkildə öyrədilir və tətbiq olunur. Bu tam mənim istədiyim idi. Hər dərs yeni funksiyalar öyrəndikcə mən bu funksiyaları öz işimə uyğun modifikasiya edərək tətbiq edirdim. Nəticədə mən işimi 20 dəfə asanlaşdırmış oldum. Bu yeni metodu kəşf edib bizlərə öyrətdiyinə görə INNAB komandasına sonsuz təşəkkür edirəm.


Tural İsmayılov / Excel kurslarımızın iştirakçısı

Mən də çoxları kimi Nahid Nəsirovla və INNAB komandası ilə facebook sosial şəbəkəsi vasitəsilə tanış oldum. Azərbaycan dilində Excel video dərslərinin təşkil olunması və bunun demək olar ki, Exceli bütünlüklə əhatə etməsi məncə Azərbaycanda bir ilk idi. Bu videolara çoxunu demirəm, cəmi 5 dərsə baxmaq mənə işimdə bir çox şeyləri Exceldə avtomatlaşdırmağa kömək etdi. Bunun kurs şəklində təşkil ediləcəyini və hətta bunun cəmi 2 ay zaman alacağını eşidəndə vaxt itirmədən müraciət elədim. Bu gün artıq kursda 5 dərsdir ki, Excel öyənirəm. Müəllimlərimiz bizə bildiklərini çox həvəslə tədris edirlər. Artıq öyrəndiklərimizdən işimizdə fayda belə götürməyə başlamışıq. Həqiqətən də bu çox gözəl təşəbbüsdür. Məncə belə fəaliyyət göstərən gənclərimizin və belə faydalı fəaliyyətlərin sayı daha da çox olmalıdır. Mən şəxsən INNAB komandasının yaxın gələcəkdə çox yaxşı yerlərə gələcəyinə inanıram. Hər birinizə təşəkkür edirəm. İşlərinizdə uğurlar.


Aynur Hilal / Excel kurslarımızın iştirakçısı
Kurs artıq bitir. Bu gün son dərsimizdi. Çox darıxacağam. Sayənizdə Exceli sevdim.
Qaçırdım Exceldən. İşimizi rahatladan bir şeydən qaçırdım, sən demə. Minnətdaram.
İl boyu digər kurslarınıza yazılmaq fikrindəyəm. Həm təkmilləşmək üçün, həm də darıxmamaq üçün.


Məsimə Fikrət / Excel kurslarımızın iştirakçısı
Professionallıq öz yerində. Amma müəllimin, ümumiyyətlə, bütün INNAB komandasının kurs iştirakçılarına qarşı səmimi münasibəti, fərdi yanaşması və iştirakçıların hər birinin fikirlərinə önəm verməsi təqdirə layiqdir. Yaratdığınız bu mühit üçün çox sağ olun.


Nəsir Məmmədov / Excel kurslarımızın iştirakçısı
Bəli, sizin təhsil ocağının məzunlarından biri də mənəm. Çox gözəl təəssürat bağışladı. Onu da vurğulayım ki, ayrılmaq istəmirdim. Müəllim dedi ki, sizə əlavə bir dərs də ayırmışıq. Bir çatışmayan məkan seçimi idi, onu da dəyişdiniz. Yeni məkanda yeni uğurlar arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir