Əlaqəli yazılar

Exceldə Macro ilə xanalara textboxdakı məlumatları əlavə etmə

Bu yazımız Excelin müəyyən xanalarına textboxdakı məlumatları necə əlavə edə biləcəyimiz barədə olacaq. Bunun üçün bir Excel sənədi açın və Developer menyusunda yerləşən Controls adlı qrupun tərkibində olan İnsert düyməsinə tıklayın. Açılan pəncərədən ActiveX Controlsdan Textbox komponentini seçin və Excel sənədində istədiyiniz yerə əlavə edin.

developer

Eyni qayda ilə ikinci textboxu əlavə edin qarşılarına Adı və Soyadı Sözlərini əlavə edin

developer2

Bundan sonra İnsert menyusunundan bir button sənədə əlavə edin.

developer3

Əlavə etdiyiniz buttonun üzərində gələrək Sağ düyməni tıklayaraq Properties seçimini edin (Və ya Developer menyusunda mövcud olan Properties düyməsinə tıklayın). Caption hissəsinə gələrək Buttonun adını dəyişb Elave et qoyun.

developer4

Beləliklə biz Excel sənədinə iki textbox və bir button əlavə etdik. İndi isə keçək əlavə et düyməsinə kod yazmaqla textboxa yazılan adları A sütutuna, Soyadları isə B sütunua əlavə etməyə. Bunun üşün Elave et düyməsinin üzərinə iki dəfə tıklayın. Qarşınıza aşağıdakı şəkildəki kimi bir ekran çıxacaq.

developer5

Başlayaq öz qaydalarımıza uyğun kodları açılan pəncərəyə əlavə etməyə . Bunun üçün alqortimimiz aşağıdakı kimi olacaq.

1. Hansı sütununa textboxdakı sözləri yazacağımız müəyyən edilir. Bizim misalda bu A və B sütunlarıdır

2. Həmin sütunda növbəti boş olan sətirin nömrəsi tapılır.

3. Boş olan sətrlərin A və B sütunları ilə kəsişən xanalarına müvafiq sözlər əlavə edilir.

İndi isə yuxarıdakı alqoritmi kodlarla ifadə edirəm.

1. A sütununda boş olan növbəti boş sətri tapırıq. 

Dim boshSetr

boshSetr = WorksheetFunction.CountA(Range(“A:A”)) + 1

2. Boş sətrdə mövcud olan birinci xanaya TextBox1dəki mətni əlavə edirik.

Cells(boshSetr, 1).Value = TextBox1.Text

3. Boş sətrdə mövcud olan ikinci xanaya TextBox2dəki mətni əlavə edirik.

Cells(boshSetr, 2).Value = TextBox2.Text

4. Ekrana “Elave edildi” mesajını çıxardırıq. 

MsgBox “Elave edildi”

Yuxarıda ayrı ayrı qeyd etdiklərimizi aşağıda birlikdə yazırıq ki, rahat şəkildə copy paste edib öz sənədinizə əlavə edə biləsiniz. 

Dim boshSetr

boshSetr = WorksheetFunction.CountA(Range(“A:A”)) + 1
Cells(boshSetr, 1).Value = TextBox1.Text
Cells(boshSetr, 2).Value = TextBox2.Text
MsgBox “Elave edildi”

Beləliklə biz açıq olan ekranı yadda saxlayaraq Excel sənədinə keçək yazdığımız kodları test edək. TextBox1e Nahid, TextBox2ye Nesirov sozlerini yazaraq Elave et duymesine tiklayaq. Əgər, kodlarda bir yalnışlığa yol verməmisinizsə yazdığınız ilk macro müvəfəqqiyətlə işləyəcək.

developer6

Sənədi yadda saxlayarkən Save As Macro Enabled Workbook etmək yadınızdan çıxmasın. Əks halda yazdığınız kodlar itəcəkdir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.