Əlaqəli yazılar

MH4: Maliyyə Hesabatlılığı Standartları

Maliyyə hesabatlarının aşağıda qeyd edilən əsas iki məqsədi maliyyə hesabatlılığı standartlarının vacibliyini ortaya qoymuşdur.

  1. Maliyyə hesabatlarındakı məlumatlar ondan istifadə edən hər bir şəxs (investorlar, təhlilçilər və d.) üçün faydalı olmalıdır.
  2. Müxtəlif müəssisələrin maliyyə hesabatları bir-birilə müqayisə edilə bilən olmalıdır. Misal olaraq, siz Ford və ya Toyota şirkətinə investiya eləmək fikrindəsiniz. Hər iki şirkətin maliyyə hesabatları elə formada olmalıdır ki, təhlil zamanı siz bu iki şirkəti bir-birilə müqayisə edə biləsiniz.

Dünyada maliyyə standartlarını təyin edən 2 əsas qurum mövcuddur. Həmin qurumlar aşağıdakılardır.

  • ABŞ maliyyə mühasibatlığı standartları komitəsi (MMSK) – FASB
  • Beynəlxalq mühasibat uçotu standartları komitəsi (BMSK) – IASB

FASB-ın təyin etdiyi standart – Ümumi Qəbul olunmuş Muhasibatlıq Prinsipləri (ÜQMP) adlanır – U.S. GAAP

IASB-ın isə təyin etdiyi standart – Beynəlxalq Maliyyə Hesabatları Standartı (BMHS) adlanır – IFRS

IASB-ın əsas məqsədləri aşağıdakılardır:

  • Şəffaf, müqayisə edilə bilən və yüksək keyfiyyətli maliyyə standartlarının formalaşdırılması
  • İstifadəçilərin bu standatlardan istifadəsini stimullaşdırmaq
  • Yeni yaranan bazarların və kiçik müəssisələrin xüsusi ehtiyaclarını nəzərə almaq
  • İASB, FASB-ın təyin etdiyi standartlar arasındakı fərqi minimallaşdırmaq

IASB-ın standartlarına görə maliyyə hesabatlarının keyfiyyət meyarları aşağıdakılardır:

  • Anlaşılan – maliyyə hesabatları elə formada tərtib edilməlidir ki, hər bir istifadəçi (hətta iqtisadiyyat və muhasibat uçotu sahəsində dərin biliyə sahib olmayan istifadəçilər də daxildir) tərəfindən rahat anlaşıla bilən olsun.
  • Müqayisə olunan – maliyyə hesabatları müəssisələr arası və müəassisənin öz tarixi məlumatlarına görə müqayisə edilə bilən olmalıdır.
  • Münasiblik – maliyyə hesabatlarının münasibliyi onun əhəmiyyətliliyi ilə ölçülür. Maliyyə hesabatları o zaman əhəmiyyətli hesab edilir ki, hesabatlardakı məlumatlar istifadəçilərin iqtisadi qərarlarına təsir etmək qabiliyyətinə malik olsun. Məlumatlar həmişə vaxtında və kifayət qədər ətraflı olmalıdır.
  • Etibarlılıq – iqtisadi qərarların obyektivliyini və düzgünlüyünü özündə əks etdirir. Etibarlılığın xüsusiyyətləri bunlardır: təqdimatın düzgünlüyü, mahiyyəti, neytrallıq, həssaslıq, tamlıq

U.S. GAAP və IFRS görə maliyyə hesabatlarının ortaq keyfiyyət meyarları aşağıdakılardır:

  • Şəffaflıq – müəssisəyə dair iqtisadi reallıqlar maliyyə hesabatlarında əks olunmalıdır.
  • Əhatəli (anlaşılan) – müəssisəyə dair bütün biznes peroseslər, təbirlər, əməliyyatlar, fəaliyyətlər maliyyə hesabatlarında əks edilməlidir.
  • Ardıcıllıq (daimilik) ­- əgər maliyyə hesabatları müəyyən düvrdən bir təqdim edilirsə, o zaman qeyd edilən düvrə uyğun maliyyə hesabatları yenilənməli və daim izlənməlidir.

1

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.