MH10: Balans Hesabatı - INNAB

MH10: Balans Hesabatı

Balans hesabatı müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. Mənfəət-zərər və balans hesabatları arasındakı əsas fərq bundan ibarətdir: mənfəət və zərər hesabatı müəssisənin müəyyən bir dövr ərzindəki (misal: Yanvar 2014 – Dekabr 2014) gəlirlərini və xərclərini özündə əks etdirirdisə, balans hesabatı əksinə, bəlli bir tarixdə (misal: 31 dekabr 2014) müəssisənin nəyə sahib olduğunu göstərir.

Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

I. Aktivlər – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur. Misal, müəssisənin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofis ləvazimatları, və d. həmin müəssisənin aktivləri sayılır.

Qısamüddətli aktivlər (cari aktivlər) bir il ərzində öz dəyərini nağd pula çevirə bilən aktivlərdir.

Uzunmüddətli aktivlər bir ildən artıq müddətə öz dəyərini nağd pula çevirə bilən aktivlərdir.

II. Öhdəliklər – müəssisənin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni əks etdirən resursların müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur. Qısa olaraq desək, müəssisənin fəaliyyəti nəticəsində yaranan digər şəxslərə olan borclardır.

Qısamüddətli öhdəliklər (cari öhdəliklər) – bir ildən qısa müddət ərzində ödənilməli olan borclardır.

Uzunmüddətli öhdəliklər – bir ildən artıq müddət ərzində ödənilməli olan borclardır.

Cari aktivlərin cari öhdəliklərdən çox olan hissəsi dövriyyə kapitalı adlanır.

1

  • dövriyyə kapitalının çox olması – resurslardan səmərəsiz istifadəni bilidirir. Yəni, resurlar gəlir gətirəcək sahələrə yönləndirilməmiş və əldə saxlanılmışdır.
  • dövriyyə kapitalının az olması – likvidlik problemini yaradır. Yəni, qısa müddətli öhdəlikləri qarşılamaq üçün əlimizdə kifayət qədər resurs qalmır.

III. Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir. Misal olaraq adi səhmləri, gəlir ehtiyatlarını, imtiyazlı səhmləri və s. göstərə bilərik.

Nizamnamə kapitalı – şirkət sahibinlərinin biznesi başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir.

 Bölüşdürülməmiş mənfəət – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.

Balans hesabatı iki formada hazırlana bilər.

  • Report format – balans hesabatının elemetləri bir sütünda ardıcıllıqla yazılır.
  • Account format – ən çox istifadə edilən formadır. Sol tərəfdə aktivlər, sağ tərəfdə isə öhdəliklər və kapital olmaqla iki sütündan ibarət olur.

Balans hesabatının təsnifləşdirilməsində oxşar maddələr qruplaşdırılır və yekun cəm ayrıca göstərilir

2

Misal: “X” müəssisəsinin 31 dekabr 2014 tarixinə nəyə sahib olduğuna baxaq.

3

Balans hesabatında hər zaman aktivlər = öhdəliklər + kapital bərabərsizliyi gözlənilməlidir. Bizim misalda da aktivlərimizin cəmi (325.847 mln manat) öhdəliklər və kapitalın cəminə (325.847 mln manat) bərabərdir.

11

2 Responses

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir