Əlaqəli yazılar

MH10: Balans Hesabatı

Balans hesabatı müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. Mənfəət-zərər və balans hesabatları arasındakı əsas fərq bundan ibarətdir: mənfəət və zərər hesabatı müəssisənin müəyyən bir dövr ərzindəki (misal: Yanvar 2014 – Dekabr 2014) gəlirlərini və xərclərini özündə əks etdirirdisə, balans hesabatı əksinə, bəlli bir tarixdə (misal: 31 dekabr 2014) müəssisənin nəyə sahib olduğunu göstərir. Maliyye kapitalina numune haqqında düşünərkən belə, balans hesabatının əhəmiyyətini diqqətdən qaçırmaq olmaz. Maliyyə kapitalına bir çox nümunələr gətirmək olar, lakin əsas mövzumuz balans hesabatı olduğu üçün, gəlin diqqətimizi onun üzərində cəmləyək.

Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

I. Aktivlər – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur. Misal, müəssisənin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofis ləvazimatları, və d. həmin müəssisənin aktivləri sayılır.

Qısamüddətli aktivlər (cari aktivlər) bir il ərzində öz dəyərini nağd pula çevirə bilən aktivlərdir.

Uzunmüddətli aktivlər bir ildən artıq müddətə öz dəyərini nağd pula çevirə bilən aktivlərdir.

II. Öhdəliklər – müəssisənin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni əks etdirən resursların müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur. Qısa olaraq desək, müəssisənin fəaliyyəti nəticəsində yaranan digər şəxslərə olan borclardır.

Qısamüddətli öhdəliklər (cari öhdəliklər) – bir ildən qısa müddət ərzində ödənilməli olan borclardır.

Uzunmüddətli öhdəliklər – bir ildən artıq müddət ərzində ödənilməli olan borclardır.

Cari aktivlərin cari öhdəliklərdən çox olan hissəsi dövriyyə kapitalı adlanır.

1

  • dövriyyə kapitalının çox olması – resurslardan səmərəsiz istifadəni bilidirir. Yəni, resurlar gəlir gətirəcək sahələrə yönləndirilməmiş və əldə saxlanılmışdır.
  • dövriyyə kapitalının az olması – likvidlik problemini yaradır. Yəni, qısa müddətli öhdəlikləri qarşılamaq üçün əlimizdə kifayət qədər resurs qalmır.

III. Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir. Misal olaraq adi səhmləri, gəlir ehtiyatlarını, imtiyazlı səhmləri və s. göstərə bilərik.

Nizamnamə kapitalı – şirkət sahibinlərinin biznesi başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir.

 Bölüşdürülməmiş mənfəət – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.

Balans hesabatı iki formada hazırlana bilər.

  • Report format – balans hesabatının elemetləri bir sütünda ardıcıllıqla yazılır.
  • Account format – ən çox istifadə edilən formadır. Sol tərəfdə aktivlər, sağ tərəfdə isə öhdəliklər və kapital olmaqla iki sütündan ibarət olur.

Balans hesabatının təsnifləşdirilməsində oxşar maddələr qruplaşdırılır və yekun cəm ayrıca göstərilir

2

Misal: “X” müəssisəsinin 31 dekabr 2014 tarixinə nəyə sahib olduğuna baxaq.

3

Balans hesabatında hər zaman aktivlər = öhdəliklər + kapital bərabərsizliyi gözlənilməlidir. Bizim misalda da aktivlərimizin cəmi (325.847 mln manat) öhdəliklər və kapitalın cəminə (325.847 mln manat) bərabərdir.

11


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.