MH13: Maliyyə əmsalları - INNAB

MH13: Maliyyə əmsalları

Maliyyə əmsalları, müəssisənin fəaliyyəti və onun maliyyə vəziyyəti haqqında fikir formalaşdırılmasında istifadə edilən əsas vasitələrdən biridir. Maliyyə əmsalları aşağıdakı kateqoriyalar üzrə quruplaşdırılır:

  1. Fəaliyyət əmsalları (Activity ratios)
  2. Likvidlik əmsalları (Liquidity ratios)
  3. Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)
  4. Mənfəətlilik əmsalları (Profitability ratios)

Fəaliyyət əmsalları (Activity ratios) – müəssisənin gündəlik əməliyyatlarını (misal olaraq, alacaqların yığımı və hazır məhsulların idarə edilməsi kimi) nə dərəcədə səmərəli icra etdiyini göstərir. Ən çox istifadə edilən fəaliyyət əmsalları aşağıdakılardır:

Hazır məhsulun dövriyyəliliyi – müəssisənin hazır məhsulunun  pula çevrilmə sürətini və neçə dəfə yeniləndiyini göstərir. Bu əmsalın yüksək olması məqsədəuyğundur. Bu onu göstərir ki, müəssisə hazır məhsulu tez pula çevirir, satış həcmini genişləndirir və mənfəət əldə edir, əks halda isə, əmsal aşağı olarsa, müəssisə hazır məhsulunu pula çevirə bilməkdə əziyyət çəkir.

Hazır məhsulun satılma vaxtı – hesabat dövrü ərzində ehtiyatların neçə gün içərisində satıldığını göstərir.

Alacaqların dövriyyəliliyi – alacaqların ildə neçə dəfə alındığını göstərir. Bu əmsalın yüksək olması müəssisənin alacaqlarını idarəetmə siyasətinin güclü olmasını əks etdirir.

Alacaqları əldəetmə vaxtı – hesabat dövrü ərzində alacaqların neçə gün içərisində əldə edilə bilməsini göstərir.

Likvidlik əmsalları (Liquidity ratios) – müəssisənin qısa müddətli maliyyə öhdəliklərini yerinə yetirə bilmə qabiliyyətini ölçmək üçün hesablanır. Likvidlik əmsalının yüksək olması həmin müəssisə tərəfindən qısa müddətli borcların ödənilməsində heç bir problem olmayacağını göstərir. Likvidlik əmsallarının həddən artıq böyük olması da qənaətbəxş qəbul edilmir (bu, əsas vəsaitlərdən istifadə olunmamasını göstərir). Ən çox istifadə edilən likvidlik əmsalları aşağıdakı cədvəldə qeyd edilmişdir:

Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios) – müəssisənin uzun müddətli debitor borclarını qarşılaya bilmə qabiliyyətini ölçmək üçün hesablanır. Ən çox istifadə edilən maliyyə strukturu ilə əlaqəli əmsallar aşağıda qeyd edilmişdir:

Mənfəətlilik əmsalları (Profitability ratios) – müəssisənin gəlir yaratmaqda nə qədər uğurlu olmasını göstərir. Aşağıdakı cədvəldə qeyd edilmiş əmsallar ən çox istifadə edilən mənfəətlilik əmsallarıdır:

Bir cavab yazın