Əlaqəli yazılar

MH2: Maliyyə Hesabatlarının İşləmə Prinsipləri

Maliyyə hesabatlarının işləmə prinsiplərini anlamaq üçün ilk olaraq maliyyə mühasibatlığında biznes əməliyyatlarının təsnifatını başa düşmək lazımdır. Biznes əməliyyatları üç qrupa bölünür:

  • Əməliyyat fəaliyyətləri – müəssisənin gündəlik əməliyyatlarını əhatə edir. Restoranlar tərəfindən göstərilən xidmətlər, konsaltinq şirkətlərinin təklif etdiyi xidmətlər, banklar tərəfindən depozitlərin qəbulu və kreditlərin verilməsi, işçilərə maaşların verilməsi və bunun kimi əməliyyatları misal olaraq göstərə bilərik.
  • İnvestisiya fəaliyyətləri – uzun müddətli aktivlərin əldə edilməsi və satılması ilə bağlı fəaliyyətlərdir. Misal olaraq, avadanlıqların alınması və ya satılması (qeyd edək ki, əgər bu avadanlığı müəssisə özü istehsal edirsə bu əməliyyat investisiya yox cari əməliyyata daxildir, çünki bu əməliyyyat o şirkətin gündəlik fəaliyyətidir, misal soba istehsal edən şirkətin soba satması), ofis binasının alınması və ya satılması və d.
  • Maliyyə fəaliyyətləri – kapitalın əldə edilməsi və ya geri ödənilməsi ilə əlaqəli əməliyyatlardır. Ümumi səhmlərin və istiqrazların emissiyası, bankdan kredit götürülməsi kimi əməliyyatları maliyyələşmə üzrə fəaliyyətlərə misal olaraq deyə bilərik.

Maliyyə hesabatlarının beş əsas elementi bunlardır:

  • Aktivlər – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resursdur.
  • Öhdəliklər – müəssisənin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni əks etdirən resursların müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur.
  • Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir.
  • Gəlir – kapitala qoyuluş ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.
  • Xərc – kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

Əsas maliyyə bərabərsizlikləri:

  • Aktivlər = Öhdəliklər + Kapital
  • Kapital = Kapitala qoyuluş + Dövrün sonuna bölüşdürülməmiş mənfəət
  • Dövrün sonuna bölüşdürülməmiş mənfəət = Dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət + Gəlir – Xərc – Divident
  • Aktivlər = Öhdəliklər + Kapitala qoyuluş + Dövrün əvvəlinə bölüşdürülməmiş mənfəət + Gəlir – Xərc – Divident

1


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.