MH3: Maliyyə hesablaşmaları - INNAB

MH3: Maliyyə hesablaşmaları

Gəlir və ya xərc həmişə müəssisənin hasabatlarında pul vəsaiti mədaxil və ya məxaric olduqda tanınmırlar. Maliyyə hesablaşmalarının  əsas prinsipi məhz bunu izah edir. Hesablaşmaların əsas prinsipi budur ki, pul vəsaitinin hərəkətindən asılı olmayaraq gəliri qazandıqda, xərci isə çəkildikdə tanimaq lazımdır. Hesablaşmalar dörd kateqoriyaya bölünür. Bunların hər birini qısa şəkildə izah edək.

  • Qazanılmamış gəlir (hər zaman bizim öhdəliyimizdir) – siz pulu gəliri qazanmamışdan əvvəl qəbul edirsiniz. Buna qəzet istehsal edən müəssisəni misal olaraq deyə bilərik. Fərz edək ki, qəzet istehsal edən B şirkəti ilə xidmət sektorunda fəaliyyət göstərən C şirkəti arasında 2015-ci ilin yanvar ayında müqavilə imzalanmışdır. Müqaviləyə görə B şirkəti 2015-ci il ərzində C şirkətinə həftəlik 300 ədəd qəzet göndərəcəkdir. B şirkəti müqavilədə göstərilən satış məbləğini (3 min manatı) müqavilə imzalanan tarixdə qəbul edir. Bu gəlir B şirkətinin balans hesabatında qazanılmamış gəlir olaraq öhdəliklərdə qeyd edilir. Çünki, baxmaraq ki satış məbləği alınmışdır, qəzetlər C şirkətinə 2015-ci il ərzində göndəriləcəkdir.

Qeyd edə ki, balans hesabatında həmişə Aktivlər = Öhdəliklər + Kapital şərti gözlənilməlidir. Yəni, aktiv hesabların cəmi passiv hesabların cəminə bərabər olmalıdır.

Muhasibatlıq yazılışı: pul vəsaiti (aktiv hesab) 3 000 man. artır, qazanılmamış mənfəət (öhdəlik hesabı) 3 000 man. artır. 2015-ci ilin sonuna 300 ədəd qəzet C şirkətinə çatdırıldıqdan sonra balans hesabatında qazanılmamış mənfəət (öhdəlik hesabı) 3 000 man. azalacaq, kapital 3 000 man. artacaq.

  • Hesablanmış və alınmamış gəlir (hər zaman bizim aktivimizdir) – gəlir qazanılmışdır lakin, pul vəsaiti hələ də daxil olmamışdır. Misal olaraq, ofis ləvazimatları satan A şirkəti 2014-cü ildə 500 min manat satış reallaşdırmışdır və müqaviləyə görə satış məbləği gələn il ödəniləcəkdir. Baxmayaraq ki, satış məbləği gələn il alınacaq A şirkəti gəliri (500 min manatı) bu il tanımışdır. Çünki, A şirkəti malları alıcıya göndərmişdir.

Muhasibatlıq yazılışı: debitor borcları (aktiv hesab) 500 000 man. artır, kapital 500 000 manat artır. Növbəti il satış məbləği alındıqdan sonra yalnız aktivlərdə düzəliş edilir. Yəni, debitor borcları (aktiv hesab) 500 000 man. azalır, pul vəsaiti (aktiv hesab) 500 000 man. artır.

  • Öncədən ödənilmiş xərclər (hər zaman bizim aktivimizdir) – xərclər tanınmadan əvvəl pul ödənilir. Buna ən yaxşı misal icarə xərcləridir. X şirkəti ofis icarəyə götürmüşdür, 2015-ci ilin illik icarə haqqını (7 500 man.) 2014-cü ilin dekabr ayında ödəmişdir. Bu xərc 2014-cü ilin xərci deyil, lakin, ödəniş 2014-cü ildə aparıldığı üçün balans hesabatında mütləq qeyd edilməlidir.

Muhasibatlıq yazılışı: 31 dekabr 2014 tarixində balans hesabatı – pul vəsaiti (aktiv hesab) 7 500 man. azalır, öncədən ödənilmiş xərclər (aktiv hesab) 7 500 man. artır. 2015-ci ilin sonuna gəldikdə isə bütün icarə haqqları xərc kimi balans hesabatında eks edilir. 31 dekabr 2015 tarixində balans hesabatı öncədən ödənilmiş xərclər (aktiv hesab) 7 500 man. azalır, xərclərimiz 7 500 man. artır bu da kapitalı 7 500 man. azaldır.

  • Hesablanmış və ödənilməmiş xərclər (hər zaman bizim öhdəliyimizdir) – müəssisə balans hesabatında xərci tanıyır lakin, bu xərclərə dair heç bir ödəniş aparılmamışdır. Fərz edək ki, Y müəssisəsi əməkdaşlarının 2014-cü ilin dekabr ayının əmək haqqlarını (cəmi 1 mln manat) ödəməmişdir. 2014-cü ilin sonuna olan balans hesabatında Y müəssisəsi baxmayaraq ki, əmək haqqlarını ödəməmişdir, bu xərci əks etdirməlidir.

Muhasibatlıq yazılışı: 31 dekabr 2014 tarixinə olan balans hesabatı – ödəniləcək əmək haqqları (öhdəlik hesabı) 1 mln man. artır, xərclərimiz 1 mln man. artır bu da kapitalı 1 mln man. azaldır. Növbəti ayın əvvəli əmək haqqları ödəndikdən sonra balans hesabatında bu kimi dəyişikliklər əks olunur:  pul vəsaiti (aktiv hesab) 1 mln man. azalır, ödəniləcək əmək haqqları (öhdəlik hesabı) 1 mln man. azalır.

1

6 Responses

  1. Həsənbala dedi ki:

    “debitor borcları (aktiv hesab) 500 000 man. artır, kapital 500 000 manat artır.” anlamadım bir zəhmət izahını vererdiniz.

    • innab dedi ki:

      Salam, misalda qeyd edilirki “ofis ləvazimatları satan A şirkəti 2014-cü ildə 500 min manat satış reallaşdırmışdır və müqaviləyə görə satış məbləği gələn il ödəniləcəkdir. Baxmayaraq ki, satış məbləği gələn il alınacaq A şirkəti gəliri (500 min manatı) bu il tanımışdır.” Yəni, şirkət pul almadan mənfəəti tanımışıdr. Mənfəət 500 min artmışdır. Balansda bildiyimiz kimi aktivlərin cəmi passivlərin cəminə bərabər olmalıdır, balans pozulmamalıdır. Mənfəət passiv hesabdır, bu hesab 500 min artığı üçün aktiv hesabı da 500 min artırmalıyıq. Pul müəssisəyə daxil olmadığı üçün (1 il sonra ödəniləcək) aktivdə bu debitor borclarını (digər şirkətlərin bizə olan borcu) 500 min artırırıq.

    • Sənan dedi ki:

      2014-cü ildə satılmış ofis ləvazimatlarının 500 000 man. məbləği gələn il ödəniləcək, bu səbəbdən 500 000 man. biz balansda debitor hesabda tanıyırıq, mənfəət və zərər hesabatında satışlar 500 000 manat artdığından eyni zamanda bizim toplanmış mənfəətimizi (retained earnings) də artırır. Balans hesabatında kapitalın 500 000 manat artımı bununla izah olunur.

  2. Sənan dedi ki:

    (2015-ci ilin sonuna 300 ədəd qəzet C şirkətinə çatdırıldıqdan sonra balans hesabatında qazanılmamış mənfəət (öhdəlik hesabı) 3 000 man. azalacaq, kapital 3 000 man. artacaq). Kapital 3 000 man. artmayacaq, aktiv hissədə inventar (anbar) 3 000 man. azalacaq.

    • innab dedi ki:

      Salam Sənan bəy, Sizin rəyə bu qaynaqdakı (CFA 2014 Reading 23 ■ Financial Reporting Mechanics ) məlumatları qeyd edirə:

      ” Unearned revenue (or deferred revenue) arises when a company receives cash prior to earning the revenue. In the IAL illustration, in Transaction 5, the company received $1,200 for a 12-month subscription to a monthly newsletter. At the time the cash was received, the company had an obligation to deliver 12 newsletters and thus had not yet earned the revenue. Each month, as a newsletter is delivered, this obligation will decrease by 1/12th (i.e., $100). And at the same time, $100 of revenue will be earned. The accounting treatment involves an originating entry (the initial recording of the cash received and the corresponding liability to deliver newsletters) and, subsequently, 12 future adjusting entries, the first one of which was illustrated as Transaction 12. Each adjusting entry reduces the liability and records revenue.
      In practice, a large amount of unearned revenue may cause some concern about a company’s ability to deliver on this future commitment. Conversely, a positive aspect is that increases in unearned revenue are an indicator of future revenues. For example, a large liability on the balance sheet of an airline relates to cash received for future airline travel. Revenue will be recognized as the travel occurs, so an increase in this liability is an indicator of future increases in revenue.”

      • Sənan dedi ki:

        Hörmətli İnnab,
        Cavabınız üçün təşəkkür edirəm. Sizin yazınızı başa düşdüm, lakin “capital”-ın bura aidiyyatı yoxdur. Bunu unearned revenue kimi yox prepayment of suppliers, yəni advanced payment kimi qeyd etməliyik. Çünki yuxarıdakı məsələdə, 2015-ci ilin sonunda B şirkəti C şirkəti 3 000 manatlıq 300 ədəd qəzəti çatdırdıqda (hər halda bu qəzətləri öz anbarından (inventary) çıxardır) mühasibatlıq yazılışı bu cür olur: öhdəlik hesabında advanced payment 3 000 manat azalacaq və eyni zamanda inventary 3 000 manat azalacaq.

Bir cavab yazın