Əlaqəli yazılar

MH5: Əlavə Maliyyə Hesabatları

Maliyyə hesabatlarının təhlilinə giriş bölməsində maliyyə hesabatlarının əsas və əlavə maliyyə hesabatları olaraq iki qrupdan ibarət olduğunu qeyd etmişdik. Bu yazıda  müəssisələr tərəfindən ən çox istifadə olunan əlavə maliyyə hesabatları izah edilmişdir.

  • Maliyyə hesabatlarına qeydlər – əsas maliyyə hesabatlarında təqdim edilən məlumatlara əlavə olan informasiyanı daxil edir. Qeydlər bu hesabatlarda təqdim edilmiş maddələrin açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında informasiyanı təmin edir. Misal olaraq, müəssisə tərəfindən avadanlıqların amortizasiyasının hansı metodla (düz xətt, ikiqat azalan metod) hesablanmasını, məhsulların mühasibat uçotunun hansı üsulla aparılmasının  (FIFO, LIFO və s.) və s. göstərə bilərik.
  • Rəhbərliyin müzakirə və təhlilləri – Bu hesabat müəssisənin fəaliyyətinə, kapitalına, likvidliyinə təsir edəcək mühüm hadisələri özündə əks etdirir. Burada müəssisənin fəaliyyət göstərdiyi mühitin dəyişməsi, müəssisənin bu dəyişikliklər və onların təsirinə reaksiyası, dividendlərin ödənilməsi təcrübəsi, müəssisənin fəaliyyətinin maliyyə nəticələrinin qorunub saxlanması və yaxşılaşdırılmasına yönəlmiş investisiya siyasəti, müəssisənin balans hesabatında tanınmamış resursları və bunun kimi digər önəmli amillər əks olunur.
  • Auditor rəyi – audit aparılan müəssisənin maliyyə vəziyyətinə, əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Auditor rəyi müsbət, şərti müsbət, mənfi ola bilər və ya auditor mühasibat (maliyyə) hesabatı haqqında rəy verməkdən imtina edir və özünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir.
  • Müsbət rəy – auditorlar tərəfindən yoxlanılan dövrdə maliyyə hesabatlarında beynəlxalq standartlardan kənarlaşmalar olmadığını bildirir.
  • Şərti müsbət rəy – maliyyə hesabatlarının hazırlanması zamanı beynəlxalq standartlardan ciddi kənarlaşmanın olmadığını bildirir.
  • Mənfi rəy – maliyyə hesabatlarının düzgün hazırlanmamasını özündə əks etdirir.
  • İmtina rəyi – auditor tərəfindən heç bir rəyin verilə bilməməsini özündə göstərir.
  • Proxy hesabatlar – İdarə heyəti üzvlərinin seçilməsi, kompensasiyalar, səhmlərin emissiyası və bunun kimi vacib məsələlər əks olunur.

5


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.