Əlaqəli yazılar

MH8: Xərclərin tanınması metodları

Daha öncə də qeyd etdiyimiz kimi, xərc kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

Uyğunluq prinsipinə görə, gəliri əldə etmək üçün çəkilmiş xərclər, mənfəət və zərər hesabatında gəlir tanındığı müddətdə tanınır. Yəni, gəlir hansı dövrdə əldə ediləcəksə xərc də o dövrün mənfəət və zərər hesabatında əks olunacaq.

Dövrü xərclər var ki, mənfəət və zərər hesabatında bu xərclərin tanınması gəlirlərin əldə edilməsi ilə uyğunluq təşkil etmir. Müəssisə bu tip xərcləri çəkildiyi dövrdə və ya öhdəlik yarandığı müddətdə tanıyır. Misal: elektirik xərcləri, icarə haqqları və d.

Amortizasiya xərcləri – avadanlığın köhnəlməsi ilə bağlı ayırdığımız xərclərdir. Bu xərclər 3 ad altında qruplaşdırılır:

  • Depreciation – maddi aktivlərin köhnəlməsi
  • Amortization – qeyri-maddi aktivlərin köhnəlməsi
  • Depletion – təbii resursların köhnəlməsi

Amortizasiya xərclərinin hesablanması metodları:

  • Düz xətt metodu – aktivin istifadə dövründə hər il eyni məbləğdə amortizasiya xərci hesablanır.

1

Əsas vəsaitin dəyəri – balansda əks olunan dəyərdir.

Qalıq dəyəri – əsas vəsaitin istifadə müddəti bitdikdən sonra satılacağı dəyərdir.

Əsas vəsaitin istifadə müddəti – əsas vəsaitin istifadə ediləcəyi illərin sayıdır.

Misal: avadanlığın qiyməti 10 000 man., qalıq dəyəri 1 500 man., istifadə müddəti isə 5 ildir. Düz xətt metoduna əsasən illik amortizasiya xərci (10 000 – 1 500) / 5 = 1 700 manatdır.

  • İkiqat azalan balans metodu – aktivin istifadə dövründə ilk illərdə daha çox, son illərdə isə az məbləğdə amortizasiya xərci hesablanır. Bəzi müəssisələr ilk illərdə daha az vergi vermək üçün bu metoddan istifadə edirlər, bununla da xərcini çox, mənfəətini isə az əks etdirirlər.

2

Toplanmış amortizasiya – müəyyən tarixə qədər hesanlanmış amortizasiyaların cəmidir.

Yuxarıdakı misalda amatizasiya xərclərini bu metodla hesablayaq:

1-ci il İAB amortizasiya xərci = 2/5 * 10 000 = 4 000

2-ci il İAB amortizasiya xərci = 2/5 * (10 000 – 4 000) = 2 400

3-cü il İAB amortizasiya xərci = 2/5 * (10 000 – (4 000 + 2 400)) = 1 440

4-cü il İAB amortizasiya xərci = 2/5 * (10 000 – (4 000 + 2 400 + 1 440)) = 864

Amortizasiya xərclərinin cəmi əsas vəsaitin dəyəri ilə qalıq dəyəri arasındakı fərqə bərabər olmalıdır. Bu misalda cəmi amortizasiya xərci  8 704 manatdır (4 000 + 2 400 + 1 440 + 864). Əsas vəsaitin dəyəri ilə qalıq dəyəri arasındakı fərq isə 8 500 manatdır (10 000 – 1 500). Deməli, 4-cü ildə  amortizasiya xərci 204 manat az göstərilməlidir, yəni,  660 manat.

Müddətsiz (istifadə müddəti qeyri-müəyyən olan) qeyri-maddi aktivlər (fiziki formaya malik olmayan aktivlər) amortizasiya edilmir. Bu növ qeyri-maddi aktivlər ən azı ildə bir dəfə yenidən qiymətləndirilir. Müddətsiz qeyri-maddi aktivlərə misal olaraq qudvil (müəssisənin işçi potensialını, müəssisənin bazarda sahib olduğu müsbət imicini özündə əks etdirir) demək olar.

3


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.