Aydan Ağabalayeva: hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji xidmətlər departamentində işləyir, əvvəllər Azərbaycanın bank sektorunda ən qabaqcıl banklarında risk menecment sahəsində çalışmışdır. Ümumilikdə, bank sektoru və maliyyə sistemi üzrə 3 ildən artıq təcrübəyə sahibdir. Bakalavr təhsilini Qafqaz Universitetində, Magistratura təhsilini isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır. İxtisası beynəlxalq iqtisadi münasibətlərdir. Innab.org saytında yer alan “Maliyyə hesabatları”, “İnvestisiya maliyyəsi” və “Statistika” üzrə yazıların müəllifidir.

Müəllifin linkedin profili

Nahid Nəsirov: 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universiteti “Ümumi iqtisadiyyat” ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Həmin Universitetin Maliyyə ixtisası üzrə MBA dərəcəsi almışdır. 2011-ci ildən istehsalat sahəsində fəaliyyət göstərən müəssisənin insan resurslarının idarə edilməsi sahəsində biznes proseslərin avtomatlaşdırılması üzrə işləyir. Bir sıra məqalələrin müəllifidir. Innab.org saytında yer alan “Excel” üzrə yazıların və “55 Dərsə Excel öyrən” layihəsinin müəllifidir.

Müəllifin linkedin profili

Ülvi Yusifov: hal-hazırda “Bank of Baku” ASC-nin Risklərin İdarə edilməsi departamentində işləyir, əvvəllər Azərbaycan Respublikasının Mərkəzi Bankında statistika sahəsində çalışmışdır. Ümumilikdə, bank sektoru və maliyyə sistemi üzrə 7 ildən çox təcrübəyə sahibdir. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, Magistratura təhsilini isə Qafqaz Universiteti və Williams College’də almışdır. İxtisası maliyyədir. innab.org saytında yer alan “SQL” üzrə yazıların müəllifidir.

Müəllifin linkedin profili

Taleh Məmmədov: hal-hazırda Baş mühasib vəzifəsində çalışır. Bu sahə üzrə müxtəlif şirkətlərdə 6 ildən çox təcrübəyə sahibdir. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində və Magistratura təhsilini isə Qafqaz Universitetində almışdır.  İxtisasca maliyyəçidir. Innab.org saytında yer alan “1C” video dərslərinin müəllifidir.

Murad Kərimov innab.org saytında yer alan MS Word və MS PowerPoint video dərsliklərinin müəllifidir.

Samirə Mustafayeva innab.org saytında yer alan HTML video dərsliyinin müəllifidir.

Anar Heydərov innab.org saytında yer alan ACCA F3 video dərsliyinin müəllifidir.

Rauf Xələfov innab.org saytında yer alan Transact-SQL video dərsliyinin müəllifidir.

Müəllifin linkedin profili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir