Muhasibatlıq kursu & 1C Kursu & Muhasibat uçotu

Mühasibat uçotu və 1 C kursu

Kurs haqqında: INNAB Sizə Mühasibat uçotu və 1C kursunun tədrisini təklif edir. Kurs ərzində mühasibat  əməliyyatları  1C  proqramı  ilə birgə izah ediləcək.  Kursun bir saatı mühasibat uçotu əməliyyatlarının izahı, digər saatı isə həmin əməliyyatların 1C proqramında  tətbiqinə həsr ediləcəkdir. Kursda iştirak edən şəxslər ilkin mühasibat sənədlərindən  maliyyə hesabatlarının (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlanmasınadək olan prosesləri öyrənəcəklər. Kursu bitirən şəxslər  gələcəkdə  işləyəcəyi müəssisə və təşkilatlarda mühasibat uçotu və 1C  ilə bağlı işləri sərbəst yerinə yetirəcəklər.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun planı: Bu linkdən tanış ola bilərsiniz.

Kursun dili: Azərbaycan

Kursun müddəti: Dərslər 3 ay (50 saat) çərçivəsində həftədə 2  dəfə keçiriləcək.

Kursun qiyməti: Aylıq 100 AZN (Bolkartla hissə-hissə ödəmək də mümkündür).

Kursun materialları: İştirakçılar həm nəzəri, həm də praktiki materiallarla təmin olunacaqlar.

1 C  8.3  UPP  proqramı iştirakçıların kompüterlərinə ödənişsiz yüklənəcək.

Kursun təlimçiləri:

Taleh Məmmədov – hal-hazırda Baş mühasib vəzifəsində çalışır. Bu sahə üzrə müxtəlif şirkətlərdə 6 ildən çox təcrübəyə sahibdir. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə Qafqaz Universitetində almışdır.  İxtisasca maliyyəçidir.

Babək Budaqlı – hal-hazırda “Goldenpay” ASC-də Baş mühasib müavini vəzifəsində çalışır. Bu sahə üzrə müxtəlif şirkətlərdə 5 illik təcrübəyə sahibdir. Bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasında, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.

Dərslərimizin keyfiyyəti ilə tanış olmaq üçün bu linkdən video dərslərimizə baxa bilərsiniz.

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: contact@innab.org

Ünvan: Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir