Əlaqəli yazılar

Mühasiblərin istifadə etdiyi Excel əmrləri

Excel bir sıra müəssisələrdə mühasiblərin ən çox istifadə etdiyi proqramlardandır. Bunu nəzərə alaraq, mühasiblərin istifadə etdiyi Excel əmrlərini topladıq. Linklər vasitəsilə müvafiq video dərslərə keçid edə bilərsiniz.

  • Custom number formats – xanalara istəyə uyğun formatlar təyin edib ədədlərin həmin formata uyğun yazılışını (məsələn “$3.0 milyon”) təmin etmək mümkündür.
  • Pivot table –verilənlər bazası əsasında müxtəlif mürəkkəb hesabatların asanlıqla hazırlanmasına imkan verir.
  • Yazılan funksiyalara cəld baxış – Ctrl+ ~ kombinasiyası vasitəsilə xanalara bir-bir daxil olmadan verilənlər bazasında yazılan bütün funksiyalara baxmaq mümkündür.
  • Sıfır dəyərinin gizlədilməsi – irihəcmli məlumatlarla işləyərkən bəzən sıfırların gizlədilməsi digər məlumatların daha aydın görünməsinə şərait yaradır. Bunun üçün “File” menyusunda ardıcıllıqla “Options”, daha sonra “Advanced” seçimlərini edib and “Show a zero in cells that have zero value” yazısının qarşısındakı qutudan a işarəsini götürmək lazımdır.
  • Qrafiklər – hesabatlarda göstərilən məlumatların ümumiləşdirilib oxunaqlı hala salınması üçün istifadə edilir.
  • Riyazimaliyyə funksiyaları – funksiyanın qəbul etdiyi parametrlərdən asılı olaraq müxtəlif hesablamalar aparmaq üçün istifadə edilir. Riyazi funksiyalar qrupuna aid olan Odd və Even funksiyaları ədədin ən yaxın tək və ya cüt ədədə doğru yuvarlaqlaşdırılması üçün istifadə olunur.
  • Statistik funksiyalar – bu qrupa aid olan funksiyalar vasitəsilə verilənlər bazası üzərində fərqli statistik göstəricilər müəyyən etmək mümkündür. Max və Min funksiyaları verilənlər bazasındakı maksimal və minimal dəyərlərin tapılması üçün istifadə olunur. Average funksiyası vaitəsilə məntiqi ədədlər də nəzərə alınaraq ədədi orta tapılır. Averageif və averageifs funksiyaları vasitəsilə verilmiş çoxluqda müəyyən şərt(lər) ödəndiyi halda ədədi orta tapılır. Large və Small funksiyaları vasitəsilə verilmiş çoxluqda müvafiq olaraq n-ci böyük və kiçik ədədləri tapmaq mümkündür.

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

 

Əlaqəli yazılar