OM4 - Exceldə funksiya ilə yanaşı xana tiplərinin də köçürülməsi - INNAB

OM4 – Exceldə funksiya ilə yanaşı xana tiplərinin də köçürülməsi

Səadət Məhərrəmovanın məqaləsi

Bu dərsimizdə Paste Special pəncərəsindən Formulas and number formats əmrini öyrənəcəyik. Bu dərsimizi yaxşı mənimsəməyimiz üçün aşağıdakı kimi bir sadə cədvəl forması hazırlayaq.

ScreenClip [31]

 Ötən dərslərimzdə Paste Special menyusunun bir neçə əmri ilə tanış olmuşdunuz. Bu mövzu ilə birinci olaraq baxanlar üçün bildirmək istəyirik ki, Paste special menyusu Home menyusunun altında yerləşən Clipboard qrupuna daxildir və aşağıdakı kimi görünüşə malikdir.

 ScreenClip [30]

Məlum olduğu kimi bir xanaya fərqli xana tipləri tətbiq edə bilərik. Bu formatları vermək üçün sayı olan sütunda birinci xananın üzərinə klik edib, “General” menyusundan More number formats əmrini icra edək.

ScreenClip [29]
“ore number formats əmrinə tıkladıqdan sonra aşağıdakı kimi pəncərə açılmış olar. Buradan Custom seçimini edib, məhsulun sayı ədəd  tipində bir məlumat saxladığına görə 0 seçib yanında( qoşa dırnaq içərisində ədəd) “ədəd” yazırıq. Yəyni Type hissəsində 0 “ədəd” yazırıq. Qeyd edək ki, rus dili versiyasından istifadə edən dostlar bunu 0″ ədəd” şəklində də yaza bilərlər. Bu əməliyyatları etdikdən sonra OK düyməsə tıklayaq.

ScreenClip [28]

 

Cədvəlimzdə sayı olan sütunda 5 ədəd yazılmışdır. Bu formatı həmin sütunda bütün ədədlərə tətbiq etmək üçün “Format painter” düyməsindən istifadə edə bilərik. Qiymət hissəsinin qarşısına isə AZN yazmalıyıq. Yenə eyni ardıcıllığı izləməliyik. Bunun üçün də “General” pəncərəsindən “More number format” daxil olub “Custom” seçib 0.00( ona görə 0.00 seçirik ki, burada qəpik də ola bilər) “AZN” yazıb Ok düyməsinə sıxırıq. Qiymət olan sütunlardaki ədədlərin yanına AZN yazılır. Bu formatı da o biri xanalara tətbiq etmək üçün Format painter düyməsindən istifadə edirik.

ScreenClip [27]

Şəkil 1-də verilmiş cədvəlin məbləğ olan sütununa da AZN əlavə etməliyəm bunun üçün əvvəlki qaydada məbləğ olan hissədəki ədədləri qeyd edib General seçib -More number format-Custom seçib Type əmrindən ən sonda olan və daha öncə aktiv etdiyimiz AZN formatını seçməyimiz kifayətdir.

ScreenClip [26]

Deyək ki, bizim anbara yeni bir məhsul əlavə olunur. Həmin məhsulun adını, sayını, qiymətini daxil edirik. Məbləği hesablamaq üçün PRODUCT funksiyasından istifadə etmişdik. Ctrl +C qısayolundan istifadə edərək məbləği kopyalayıb ,cavab düşəcək xanaya klik edib Ctrl+Alt+V düymələrini eyni anda sıxırıq. Bu zaman Paste Special pəncərəsi açılır. Əgər, Formulas-ı seçsək təkcə hasili formatlayar. Həm hasilin, həmdə formatı tətbiq etmək üçün Formulas and number format-ı seçirik. OK düyməsinə sıxmaqla aşağıdakı kimi nəticə almış olarıq.

ScreenClip [25]

Əgər bir xanada ki , məlumatı olduğu kimi , başqa bir xanaya aid etmək istəsək, bu halda da eyni ardıcıllığı izləyirik. Sadəcə sonda Values and number forma-ı seçirik. Beləliklə, həmin sütundakı ədəd boş xanaya köçmüş olacaq.

ScreenClip [24]

 

Uğurlar!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir