Yekun cədvəldə (Pivot Table) boşluqların "0"-la əvəz olunması - INNAB

Yekun cədvəldə (Pivot Table) boşluqların “0”-la əvəz olunması

Exceldə ən çox istifadə edilən alətlərdən biri olan Pivot Table (Yekun cədvəl) istifadəçilərə verilənlər bazası əsasında müxtəlif mürəkkəb hesabatların asanlıqla hazırlanmasına imkan verir.

Pivot Table tənzimləmələrinə əsasən məlumat olmayan sətir/sütun üzrə xana boş göstərilir. Bu boşluqları 0 (sıfır) ilə əvəz etmək mümkündür.

Aşağıdakı cədvəl əsasında Pivot Table hazırlayaq.

Göründüyü kimi Gəncədə kompüter, Mingəçevirdə printer və s. satışı olmadığı üçün Pivot Table müəyyən xanaları boş göstərir. Həmin boşluqları 0 ilə əvəz etmək üçün Pivot Table üzərində sağ düyməyə klikləyib “Pivot Table Options” seçimini edirik. Açılan pəncərədə “Layout & Format” başlığı altında “For Empty cells show” seçiminin önünə ✓ işarəsi qoyur, qarşısına isə 0 yazırıq və OK klikləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir