PowerPoint kursu- INNAB

PowerPoint Kursu

Kurs haqqında:  MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Biznes mühitində hər gün qarşılaşdığımız təlimlər, seminarlar və mühazirələrin effektivliyi həm də təqdimatların keyfiyyətindən asılıdır. Bunu nəzər alaraq INNAB Sizə PowerPoint proqramının peşəkar tədrisini təklif edir. Siz həm metodiki, həm də praktiki biliklər cəhətdən təcrübəli mütəxəssislərdən dərs alacaq, öyrənilən mövzuları praktiki şəkildə tətbiq edərək biliklərinizi möhkəmləndirmək imkanı əldə edəcəksiniz.

Tədris müddətində PowerPointin bütün menyuları praktiki nümunələr üzərində izah ediləcəkdir. Biz hər kəsə fərdi yanaşma nəticəsində mövzuları dərindən mənimsəyəcəyinizə və qazanılmış bilikləri praktiki şəkildə tətbiq edə biləcəyinizə zəmanət veririk.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq əməkdaşlara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun planı: Bu linkdən tanış ola bilərsiniz.

Kursun dili: Azərbaycan

Kursun müddəti: Dərslər 1 ay (16 saat) çərçivəsində həftədə 2  dəfə keçiriləcək. Hər dərsin müddəti 2 saat olacaq. Dərslərin keçirilməsi qrafiki bütün iştirakçıların fikri öyrənildikdən sonra təyin olunacaqdır.

Kursun qiyməti:

50 AZN (19:00-dək)

80 AZN (19:00-dan sonra)

Bolkartla hissə-hissə ödəmək də mümkündür.

Kursun təlimçisi: Ləman Mirzəyeva – MS Office proqramları üzrə peşəkar təlimçidir. Əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ekspert müəllim olaraq çalışmışdır. Bakalavr və magistratura təhsilini Bakı Dövlət Universitetində almışdır.

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: contact@innab.org

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə

 

Bir cavab yazın