Exceldə PowerPivot əlavəsinin aktivləşdirilməsi - INNAB

PP1: Exceldə PowerPivot əlavəsinin aktivləşdirilməsi

MS Excel gündəlik hesablamaların icra edilməsi və istifadəçi tərəfindən məlumata və hesablamalara birbaşa müdaxilə etmək üçün ən əlverişli hazır proqram paketidir. Bəzən proqramın bəzi məhdudiyyətləri böyük həcmli məlumatla işləməkdə çətinliklər törədir. Bu məhdudiyyətlərdən ən önəmlisi işçi səhifəsində olan maksimum sətir sayının 1 048 576 olmasıdır. Bununla yanaşı bir neçə yüz min sətir məlumatı olan işçi səhifəsində mürəkkəb funksiyalar yazarkən həmin faylın işləmə sürəti aşağı düşür.

Mövcud çətinliklərin aradan qaldırılması üçün MS Excelin tərkibində PowerPivot adlı əlavə bölmə artırılıbdır. Bu bölmə excelin əlavə məlumat bazası funksiyasını daşıyır. PowerPivot Excelde olan mədudiyyəti qismən aradan qaldırmışdır. Praktik olaraq bir neçə milyon sətir məlumatı özündə saxlamaq imkanına malikdir. Həmin məlumatları PowerPivota bir neçə mənbədən-excelin özündən, acsessdən, birbaşa məlumat bazasından daxil etmək mümkündür. Məlumatlar PowerPivota daxil edildikdən sonra elə orda da funksiyalar vasitəsilə lazımi hesablamalar aparılır. Bir neçə cədvəl arasında əlaqə qurmaq, təsnifləşdirmə aparmaq mümkündür. Daha sonra Exceli  tərkibində pivot table olaraq həmin PowerPivotda olan məlumatlardan istənilən hesabatı hazırlamaq mümkündür.

PowerPivot MS Excel 2013-ün tərkib hissəsi olaraq mövcuddur. PowerPivotu aktivləşdirmək üçün aşağıdakı formada onu aktivləşdirmək lazımdır:

MS Excell – File – Options – Add-Ins – Manage: COM Add-Ins -PowerPivot burda quşu seçərək aktivləşdirmək lazımdır.

Bəzən PowerPivot müxtəlif xətalar verərək Excelin tərkibində itir. Bu zaman PowerPivotu yenidən bərpa etmək üçün aşağıdakıları etmək lazımdır:

MS Excell – File – Options – Add-Ins – Manage: Disabled Items-  PowerPivot burda onu Enable edərək aktivləşdirmək lazımdır.

MS Excel 2010 üçün isə əlavə olaraq PowerPivotun özünü yükləmək lazımdır. Bu zaman PowerPivot ilə yanaşı digər iki proqramı da yükləmək tələb olunur. Yükləmə bitdikdən sonra MS Excel 2013-də olduğu kimi aktivləşdirmək lazımdır. Yükləmək üçün bu linkdən istifadə edə bilərsiniz.

PowerPivot vasitəsilə çox sayda sətirlər ilə işləmək üçün tövsiyyə olunan Windows 64 bit olmalıdır. Kompüterin parametrləri isə i7 prosessor və 8 GB RAM ilə daha optimal işləyir.

Bir cavab yazın