PowerPivota böyük həcmli məlumatın yüklənməsi - INNAB

PP2: PowerPivota böyük həcmli məlumatın yüklənməsi

Access faylda olan böyük həcmli məlumatı PowerPivota gətirmək üçün Excel faylda mövcud olan PowerPivot bölməsinə keçirik,

1_

açılmış yeni pəncərədə “Manage” bölməsini aktivləşdiririk.

2

Nəticədə yeni açılmış pəncərədə “from database” bölməsindən “From Access” yarımbölməsini seçirik.

3

Növbəti addım yeni açılmış pəncərənin “Databasa name” hissəsində “Browse” düyməsini basmaqla bizə lazım olan Access database faylının secilərək “Next” düyməsinin sıxılmasıdır.

4

Bizə lazım olan faylda məlumatlar mürəkkəb filterlərdən istifadə etmədən PowerPivota gəlməyini istəyiriksə yeni açılmış pəncərədə “Select from a list of tables and views to choose the data to import” hissəsi seçilməlidir.

5

“Write a query that will specify the data to import” seçimi isə bizim PowerPivota yükləmək istədiyimiz fayldan gələn məlumatı SQL script vasitəsilə lazımı filterlər etmək olar. “Select from a list of tables and views to choose the data to import” hissəni seçib “Next” düyməsini basdıqdan sonra yeni pəncərədə istədiyimiz faylın adını görəcəyik.

6

Əgər bu faylda konkret olaraq hər hansı sütunun gəlməyini istəyiriksə, “Preview and filter” düyməsindən istifadə edərək, lazımı sütunları seçməklə “OK” düyməsini basmaq lazımdı.

7

Qeyd edilənləri etdikdən sonra bizə lazım olan məlumatların PowerPivota yüklənməsi əməliyyatı yekunlaşdırmaq üçün “Finish” düyməsini basmaq lazımdı.

8

Nəticədə Access faylda mövcud olan bütün database avtomatik olaraq PowerPivota yüklənir.

2 Responses

  1. innab dedi ki:

    PowerPivot table funksiyası deyil, əlavə məlumat bazası funksiyası daşıyır. Böyük həcmli məlumat PowerPivotun tərkibində saxlanılır. Daha sonra pivot table funksiyası vasitəsilə həmin məlumatlardan istifadə olunur.

    Yüklədikdən sonra əvvəlki dərsdə Excel 2013-də PowerPivot necə aktivləşdirilirdisə həmin qaydada PowerPivot -u aktivləşdirməyə çalışın. Bu zaman Exceldə heç nə dəyişməyəcək, View menyusundan sonra PowerPivot menyusu olacaq.

  2. Saadat dedi ki:

    Salam aleykum. Sizin PowerPivot dediyiniz Exceldeki pivot table funksiyasi deyil ki? Ya ferqli funksiyadir? Evvelki dersde yazmisiz ki excel 2010-dursa elave yukleyin. Men yukledim ve hech ne olmadi yene evvelki excel qaldi. Zehmet olmasa izah ederdiz. Onceden teshekkurler.

Bir cavab yazın