Əlaqəli yazılar

PP4: PowerPivot-da olan məlumatların yenilənməsi

Baza məlumatarında edilmiş dəyişiklik PowerPivot-da avtomatik əks olunmur. Dəyişiklik deyiləndə baza məlumatları faylında hər hansı bir məlumatın dəyişdirilməsi, həmin bazaya yeni məlumatların əlavə edilməsi, ümumiyyətlə faylın adında ola biləcək dəyişiklik və s. nəzərdə tutulur.

Bu zaman PowerPivot-da mövcud olan “refresh” funksiyası bizə kömək olur. Bu əməliyyatı yerinə yetirmək üçün bizə birdən çox seçim verilir.

  1. Əsas menyuda olan “refresh” düyməsi. Bu zaman proqram bizə iki imkan verir:
    -“Refresh” düyməsinə basdıqda həmin anda aktiv olan pəncərənin yenilənməsi,
    -“Refresh all” düyməsini basdıqda isə bütün cədvəlin yenilənməsi həyata keçirilir.

34

2. Refresh” etməyin digər bir üsulu isə əsas menyuda olan “existing connection” düyməsi vasitəsilə edilir. Bu zaman bizim PowerPivot -da olan cədvəlin bağlı olduğu fayl göstərilir. Yeni açılan pəncərədə olan düymələrdən istifadə edərək baza ilə mövcud əlaqəni yeniləmək ( “Refresh”) , dəyişmək (“edit”) və ya silmək (“delete”) mümkündür.

56

Əgər baza məlumatları olan faylın adında hər hansı bir dəyişiklik edilirsə, bu zaman yenə də bizə mövcud əlaqəni yeniləmək lazım gəlir. Əlaqəni yeniləmək eyni qayda ilə əsas menyuda olan “existing connection” düyməsinin köməyi ilə icra edilir. Bu zaman mövcud baza məlumatları olan faylın üstündə edit düyməsini basırıq və adı dəyişdirilmiş faylı yenidən secməklə “save” düyməsini basırıq.

78

9

Qeyd olunan məlumatlarla yanaşı Bazada mövcud olan digər məlumatları PowerPivot-a gətirmək üçün  “Design” əsas menyusundan “Table properties” düyməsini basırıq. Əgər PowerPivot-a gətirmək istədiyimiz məlumatlar sonradan əlavə olunubsa, bu zaman baza məlumatlarına qeyd olunan əməliyyatı etməzdən əvvəl “refresh” etmək mütləqdir.

10

Qeyd olunan yerdən lazımı baza məlumatın adını seçirik. Bu pəncərədə qeyd olunan məlumatlardan hər hansı bir sütun lazım deyilsə həmin sütunu seçməmək imkanı da var.

11

Save düyməsini basmaqla məlumatları təsdiqləmək və məlumatların yenilənməsi prosesini reallaşdırmaq mümkündür.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.