İqtisadiyyat və Maliyyə kursu - INNAB

İqtisadiyyat və Maliyyə kursu

Kurs haqqında: Əgər Siz maliyyə və ya iqtisadiyyat təhsili almamısınızsa və ya hazırkı iqtisadi bilikləriniz Sizi qane etmirsə, bu təlim Sizin üçündür. Bəli, Siz 3 aya bizimlə əsas iqtisadi anlayışları, iqtisadi nəzəriyyəni, mikro və makro iqtisadiyyatın, maliyyə menecmentinin və korporativ maliyyənin əsaslarını öyrənə bilərsiniz. Bu biliklər Sizə həm öz biznesinizi qurarkən, həm də daha dərin şəkildə iqtisadiyyat və maliyyəni öyrənmək üçün mütləq lazım olacaqdır. Əgər ingilis dili biliyiniz arzu olunan səviyyədədirsə, Siz bu təlimi bitirdikdən sonra birbaşa beynəlxalq sertifikat imtahanlarına hazırlaşmağa başlaya bilərsiniz. İqtisadiyyatı və maliyyənin əsaslarını bilmək Sizə karyeranızda uğur gətirəcəkdir. Əmin ola bilərsiz ki, iqtisadiyyatın və maliyyənin əsaslarını bilmək, öyrənmək, iqtisadi prosesləri müstəqil olaraq təhlil edə bilmək çətin deyildir. Sadəcə günün müəyyən hissəsini təlim zamanı keçirilən mövzuları oxumaq, Sizə təqdim edilən materialları təkrarlamaq təlimi uğurla bitirmək üçün kifayətdir. Nəzəri biliklərin inkişaf etdirilməsi ilə paralel, təlimdə real iqtisadi proseslər üzərindən biznes keyslər verilməklə praktiki biliklərin inkişafı da nəzərdə tutulur. Təlim iştirakçıları 2 dəfə aralıq, 1 dəfə isə yekun sertifikatlaşma imtahanında iştirak edəcəklər. Həmçinin təlimin sonunda hər bir tələbə üçün imtahan nəticələri, fərdi bilik və bacarıqları əsasında gələcək inkişaf planı hazırlanacaq. İqtisadiyyatı və maliyyəni öyrənmək heç zaman gec deyil!

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun planı: Bu linkdən tanış ola bilərsiniz.

Kursun dili: Azərbaycan

Kursun müddəti: Dərslər 3 ay (50 saat) çərçivəsində həftədə 1 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 4 saat olmaqla iki saatın sonunda 30 dəqiqəlik fasilə nəzərdə tutulub.

Kursun qiyməti: Aylıq 200 AZN. Bolkartla hissə-hissə ödəmək də mümkündür.

Kursun təlimçisi:  Novruz İbrahimov – Hal-hazırda “PAŞA Bank” ASC-nin Risklərin İdarə edilməsi departamentində Risk menecer işləyir. Bu sahə üzrə 3 ildən çox təcrübəyə sahibdir. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC MBA) Menecment iqtisadiyyatı, Korporativ maliyyə və əməliyyatlar menecmenti fənlərindən mühazirələr aparır. Bakalavr və magistratura təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışdır. İxtisası Strateji idarəetmədir.

(linkedin profili)

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: contact@innab.org

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir