Təlim haqqında:  Günümüzdə Risk menecmentin maliyyə sektorunda əhəmiyyəti danılmazdır. Baş verə biləcək risklərin vaxtında müəyyən edilməsi və mitiqasiyası risk menecerlərdən nəzəri və təcrübi biliklər tələb edir. Hal-hazırda bu sahədə nəzəri biliklər əldə etmək o qədər də çətin deyil. Bunun üçün müxtəlif mənbələrə müraciət edə bilərik (müxtəlif dərsliklər, sertifikatlaşma imtahanlarının materialları və s.). Lakin Risk Menecment sahəsində praktiki biliklərin əldə olunması olduqca çox vaxtınızı apara bilər. Və deyək ki, bu sahə Azərbaycanda yeni bir fəaliyyət olduğu üçün praktiki bilik əldə etmə imkanlarımız bir az da məhdudlaşır.

Risk sahəsində praktiki biliklərin mənimsənilməsi üçün INNAB tərəfindən təşkil olunan «Praktiki Risk Menecment» kursunda iştirak edə bilərsiniz. Kurs Azərbaycanın bank sektorunda ən qabaqcıl banklarında uzun illər risk menecment sahəsində çalışmış mütəxəssislər tərəfindən tədris edilir. Bu kursda Siz sıfırdan başlayaraq risk menecmenti praktiki olaraq öyrənmə şansı əldə edirsiniz. Kursu bitirən şəxslərin gələcəkdə risklərin idarə edilməsinə, bütün tapşırıqları sərbəst şəkildə icra edəcəyinə tam zəmanət veririk.

Sertifikat:  Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq əməkdaşlara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Təlimin planı:  Bu linkdən tanış ola bilərsiniz

Təlimin dili:  Azərbaycan

Təlimin müddəti:  Dərslər 3 аy (50 sаat) çərçivəsində həftədə 1 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 4 saat olmaqla, iki saatın sonunda 30 dəqiqəlik fasilə nəzərdə tutulub. Dərslərin keçirilməsi qrafiki bütün iştirakçıların fikri öyrənildikdən sonra təyin olunacaq.

Təlimin qiyməti:

Təlim saatları Dərs formatı Qiymət
19:00-21:00 Ənənəvi (qrup şəklində) 650 AZN
19:00-21:00 Online (qrup şəklində) 650 AZN

Təlimin materialları: İştirakçılar həm nəzəri, həm də praktik materiallar ilə təmin olunacaqlar.

Təlimin təlimçiləri:

Novruz İbrahimov – hal-hazırda «PAŞA Bank» ASC-nin Risklərin İdarə edilməsi depamentində işləyir. Bu sahə üzrə 3 ildən çox təcrübəyə sahibdir. Bakalavr və Magistratura təhsilini Dövlət İdarəçilik Akademiyasında almışdır. İxtisası Strateji idarəetmədir.

(linkedin profili)

Ülvi Yusifov – hal-hazırda «Bank of Baku» ASC-nin Risklərin İdarə edilməsi depamentində işləyir, əvvəllər Azərbaycan Respublikasının Mərkəzi Bankında statistika sahəsində çalışmışdır. Ümumilikdə, bank sektoru və maliyyə sistemi üzrə 7 ildən çox təcrübəyə sahibdir. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, Magistratura təhsilini isə Qafqaz Universiteti və Williams College’də almışdır. İxtisası maliyyədir.

(linkedin profili)

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Тel: 050 290 61 21

E-poçt: contact@innab.org

Təlimçilərimiz tərəfindən, Risk Menecment kursunda keçiriləcək mövzulardan bir nəçəsinə dair yazılmış məqalələr:

Vintaj təhlili

Мiqrasiya Маtrisləri

İstilik xəritəsi

 

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – «INNAB» komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə,  YouTube kanalımız а,  bloqumuz а,  facebook / LinkedIn / Instagram  səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir