Filter When Sorting (Sıralama zamanı filterləmə) - INNAB

Filter When Sorting (Sıralama zamanı filterləmə)

Bəzən excel cədvəlinin bir sütununda sıralama aparırıq. Lakin, filterləmə əməliyyatı apararkən sıralama pozulmuş olur. Aşağıda qeyd edilən məsələni müzakirə edəcəyik. 

İlk olaraq aşağıdakı kimi bir cədvəl hazırlayaq və filterləmə apararkən sıralamanın necə pozulmasına baxaq.

1

2. B sütununda Sumqayıt şəhərindən başqa digər şəhərləri seçək və aşağıdakı şəkildəki kimi sıralama pozulmuş olacaqdır.(1dən sonra 3 gələcəkdir).

2

İndi isə bu məsələni necə həll edə bilərik, ona baxaq.

Bunun üçün A2 xanasına =SUBTOTAL(3;$B$2:B2) düsturunu yazaq.

Burada funksiyanın birinci hissəsində olan 3 rəqəmi görünən içərisində dəyər yazılmış xanaları saymaq üçün istifadə edilir. $B$2:B2 say əməliyyatı aparılan sətrləri ifadə edir. Funksiyamızı A3:A11 xanalarına da tətbiq edək.

3

Beləliklə, istədiyimiz nəticəyə nail ola bildik.

 

1 Response

  1. Esed dedi ki:

    Salam. =subtotal(3;$B$2:B2) dusturunda $ simvolunu klaviatura ile daxil etmek lazimdi yoxsa basqa yolu var?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir