Əlaqəli yazılar

Sonu tək və cüt rəqəmlə bitən ədədlərin fərqli şərtli formatlanması

Fərz edək ki, aşağıdakı cədvəldə ID kodu cüt rəqəmlə bitən işçilərin mərkəz, tək olan işçilərin isə bölgədə işlədiyini nəzərə alaraq onların şərtli formatlanmasını təmin etmək lazımdır. 

Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirmək lazımdır.

  • Şərtli formatlama tətbiq ediləcək xanalar seçilir və Home -> Conditional Formatting -> New rule əmri icra edilir. Açılan pəncərədə “Use a formula to determine which cells to format” seçimi edilir.
  • “Format values where this formula is true” hissəsinə bu funksiya yazılır: =Mod(A2,2)=0. A2 əvəzinə Siz müvafiq xanalar toplusunun ilk xanasını daxil edəcəksiniz.
  • Funksiyanı yazdıqdan sonra Format əmrinə klikləyərək istədiyimiz formatı tətbiq edib OK əmrinə klikləyirik. Bununla da sonu cüt rəqəmlə bitən (ədədin 2-ə bölünməsi nəticəsində qalıq 0 olan) bütünID kodlar formatlanacaq.

Eyni əməliyyatı sonu tək rəqəmlə bitən ID kodlara tətbiq etmək üçün “Format values where this formula is true” hissəsinə bu funksiya yazılır: =Mod(A2,2)=1. Bu halda ədədin 2-ə bölünməsi nəticəsində qalıq 1 olmalıdır.

Nümunənin əyani izahı ilə aşağıdakı gif faylında tanış ola bilərsiniz.

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.

 

 

 

Əlaqəli yazılar