Məlumatın bir hissəsi üzrə axtarış vermək üçün like funksiyasından istifadə olunur. Əgər bir işçinin yalnız adını biliriksə, və ya telefon nömrəsinin bir hisssəsini biliriksə o zaman bu funksiya vasitəsilə mümkün bütün variantları bazadan əldə etmək olar.
Like funksiyasında aşağıdakı 2 işarədən istifadə olunur:
% – bu işarə istənilən sayda simvolu ifadə edir (1% – 125 və ya 1745 ifadə edə bilər)
_ – bu işarə isə yalnız bir simvolu ifadə edir (1_ isə yalnız bir ilə başlayan iki rəqəmli ədədləri ifadə edə bilər)
Tural adlı əməkdaşın soyadını axtarmaq istəsək aşağıdakı scriptdən istifadə edirik:
select * from ishchi_siyahi
where ad_soyad like ‘%Tural’
Nəticə
Mobil nömrəsinin tərkibində 136 olan nömrələri axtarmaq istəsək aşağıdakı scriptdən istifadə edirik:
select * from ishchi_tel
where mob_tel like ‘%136%’
Nəticə
Mobil nömrəsinin ilk 3 rəqəmi 136 son iki rəqəmi isə 78 olan nömrəni axtarırıqsa aşağıdakı scriptdən istifadə edirik:
select * from ishchi_tel
where mob_tel like ‘%136__78’
Nəticə
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.1