SQL12: group by - məlumatın ümumiləşdirilməsi - INNAB

SQL12: group by – məlumatın ümumiləşdirilməsi

Hər hansı bir kateqoriya üzrə məlumatın ümumiləşdirilməsinə ehtiyac duyularsa bu zaman group by funksiyasından istifadə edilir.

Əmək haqqının ümumi məbləğini departamentlər üzrə tapmaq üçün aşağıdakı scriptdən istifadə edilir:

Select departament,sum(maash) as maash

from ishchi_maash

group by departament

Nəticə

sql12-1

Burda group deməklə,biz əmək haqqını cəmləyərək hər bir departament üzrə ayrı-ayrı cəmləməsini təmin etdik.

Həm departament həm vəzifələr üzrə əmək haqqını tapmaq üçün isə aşağıdakı formada yazırıq scripti:

Select departament, vezife, sum(maash) as maash

from ishchi_maash

group by departament, vezife

Nəticə

sql12-2

Departamentlər üzrə orta əmək haqqını hesablamaq üçün isə aşağıdakı scriptdən istifadə olunur:

Select departament,avg(maash)  as maash

from ishchi_maash

group by departament

Nəticə

sql12-3

Əməkhaqqı 1000 manatdan yuxarı olan işçilərin sayı departamentlər üzrə lazım olduqda isə script aşağıdakı formada olur:

Select departament, count(id)  as say

from ishchi_maash

where maash>1000

group by departament

Nəticə

sql12-4

4 Responses

  1. Ruxa dedi ki:

    Salam Innab. SQL-tam adı necə oxunur?

  2. Samir dedi ki:

    Təşəkkür, ardını gözləyirəm.

  3. innab dedi ki:

    Salam. Sizin qeyd etdiyiniz funksiyalar excelin tərkibində istifadə edilə bilər. Group by isə SQL-in tərkibində istifadə olunur. Bununla yanaşı böyük həcmli məlumatları exceldə emal edərkən çətinliklər yaranır. Bu çətinliklərdən yan keçmək üçün həmin məlumatları MS Accessə import edib orda SQL vasitəsilə həmin məlumatları daha sürətli emal etmək mümkündür.

  4. Elnur dedi ki:

    Salam.Ilk once paylashimlariniz ucun tesekkur edirem.Burda meni maraqlandiran cehetlerden biri bu oldu ki, Bu Ishlemi SUM Sumif Ve sumifs kimi daha yaxshi anlashilir sekilde oyrenmek olarmi?

Bir cavab yazın