Əlaqəli yazılar

SQL3: Select əmri – məlumatın oxunması

Bazada olan məlumatın oxunması üçün aşağıdakı strukturda olan scriptdən istifadə olunur:

Select “sütunların adları”

from “cədvəlin adı”

 where “filter eləmək istəyimiz sütunun şərti”

Bu cədvəllərdən hər hansı birində olan bütün məlumatlara baxmaq istəsək aşağıdakı scriptdən istifadə edirik:

Select *

from ishchi_siyahi

sql1-1

Select-dən sonra * işarəsi qoymaqla cədvəldə olan bütün sütunları əldə etmək mümküdür.

Bizə həmin cədvəldən iki sütun – işçi kodu, işçi adı soyadı lazım olsa o zaman aşağıdakı kimi yazılır:

Select id, ad_soyad

from ishchi_siyahi

sql1-2

Bizə həmin cədvəldən yalnız kişilər lazım olsa o zaman aşağıdakı kimi yazılır:

Select id, ad_soyad

from ishchi_siyahi

where cinsiyyet= N’kişi’

sql1-3

Filter edəcəyimiz məlumat sözlə ifadə ediləcəksə o təqdirdə yuxarıdakı kimi tək dırnaq içərisində qeyd edilməlidir. Əks təqdirdə, yəni rəqəm olduqda birbaşa (dırnaqsız) yazıla bilər.

Bazada olan məlumatları azərbaycan hərflərini özündə əks elətdirən sözlərlə filter edərkən yuxarıda yazıldığı kimi N hərfindən istifadə edilir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.