SQL4: Update əmri - məlumatın yenilənməsi - INNAB

SQL4: Update əmri – məlumatın yenilənməsi

İşçilərin şəxsi məlumatını əks etdirən cədvələ nəzər yetirərkən, bir işçinin adının düzgün yazılmadığı ortaya  çıxdı. Bu zaman bazaya müdaxilə edərək, həmin şəxsin adına düzəliş etmək tələb olunur. Bazada olan məlumatın yenilənməsi üçün aşağıdakı strukturda scriptdən istifadə olunur:

 

Update “cədvəlin adı”

set “yeniləmək istədiyimiz sütun” = “yeni məlumat”

where “yeniləmək istədiyimiz sətri seçmək üçün lazım olan filter”

 

Bazada olan 10006 kodlu işçinin adı Daşdəmirov Natiq olduğu halda bazada adı Nadir olaraq görsənir. Düzəliş etmək üçün aşağıdakı scriptdən istifadə edilir:

 

update ishchi_siyahi

set ad_soyad = N’Daşdəmirov Natiq’

where ad_soyad=N’Daşdəmirov Nadir’

 

Və ya

 

update ishchi_siyahi

set ad_soyad = N’Daşdəmirov Natiq’

where id=10006

 

Aşağıdakı script vasitəsilə məlumatın yenilənməsini yoxlaya bilərik:

select *

from  ishchi_siyahi

where id=10006

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir