SQL6: Insert əmri – məlumat əlavə etmək
Cədvələ yeni məlumat əlavə etmək üçün aşağıdakı scriptdən istifadə edilir:
Insert into “cədvəlin adı” (“yeni məlumat daxil ediləcək sütunların adı”)
Values (“yeni məlumatlar – sütunların sırası ilə daxil ediləcək məlumatların yerləşmə sırası eyni olmaq şərti ilə”)
Bazada olan ishchi_siyahisi cədvəlinə yeni işçinin məlumatlarını daxil etmək istəsək aşağıdakı scriptdən istifadə olunacaq:
insert into ishchi_siyahi
(id, ad_soyad, cinsiyyet)
values
(‘10031′, N’Nəbiyev Vəli’, N’kişi’)
Məncə “where” bu halda artıqdır. “İnsert into… select… ” olsaydı uyğun olardı.
Samir bəy, qeyd etdiyiniz formada olmalıdır. Texniki olaraq nəzərdən qaçmışdır. Müvafiq düzəliş ediləcəkdir. Dəstəyiniz üçün təşşəkkürlər.