ST10: Bayes teoremi - INNAB

ST10: Bayes teoremi

Bayes teoremi 18-ci ərsdə Tomas Bayes tərəfindən ortaya qoyulmuşdur. Bu teorem şəti və marjinal ehtimallar arasındakı əlaqəni göstərir. Şərti ehtimalın mürəkkəb formasıdır.

1

Misal: Qazma şirkəti qazıdıqları quyuların 40%-dən neft çıxacağını ehtimal edirlər. Quyuların qazmadan əvvəl analiz edilməsi statistikasına görə, neft çıxmış quyuların 60%-i, neft çıxmamış quyuların isə 20%-i ətraflı analiz edilmişdir. Bütün bu məlumatlara əsaslanaraq, deyək ki, quyu ətraflı test edilmişdir və bu quyudan neft çıxması ehtimalı nədir???

S = neft çıxması; U = neft çıxmaması qeyd eləsək onda:

P(S) = 0.4 ,            P(U) = 0.6 (Priori ehtimallar)

Quyuların ətraflı test edilməsini də D ilə işarə eləsək onda şərti ehtimallar belə olacaqdır:

P(D|S) = 0.6 ,        P(D|U) = 0.2

Bizim isə tapmaq istədiyimiz ehtimal: P(S|D)=???? (yəni, quyu analiz olduğu təqdirdə neft çıxma ehtimalı nədir)

Bayes teoreminə görə:  analiz olunmuş quyudan neft çıxma ehtimalı 66.7%-dir.

2

3

Bir cavab yazın