ST17:Uniform və Üstlü paylanma - INNAB

ST17:Uniform və Üstlü paylanma

1

Uniform paylanma: elə bir ehtimal paylanmasıdır ki, burada təsadüfi dəyişənlərin baş vermə ehtimalları bir-birinə bərabərdir. Bu paylanamaya düzbucaqlı paylanma da deyilir. Aşağıdakı düsturla hesablanır:

2

Riyazi gözləmə (Ortalama):

3

Standart kənarlaşma:

4

Misal: deyək ki, uniform paylanma 2 ≤ X ≤ 6 intervalındadır. Bu intervalda dəyişənlərin baş vermə ehtimalları nədri?

5

Gördüyümüz kimi, 2 ≤ X ≤ 6 intervalında olan dəyişənlərin baş vermə ehtimalı 25%-dir. Gəlin bu misalda verilənlərin neçə faizinin 3 ≤ X ≤ 5 intervalında olduğunu hesablayaq, yəni P(3 ≤ X ≤ 5) hesablayaq:

Bunun üçün düzbucaqlının sahə düsturundan istifadə edirik

6

Nəticə, verilənlərin 50%-i 3 ≤ X ≤ 5 intervalında yerləşir.

Üstlü paylanma: iki hadisə arasındakı vaxtı ölçür. Buna misal olaraq telefona gələn zənglər arasındakı vaxtı, bankda emeliyyatlar arasındakı vaxtı deyə bilərik. Aşağıdakı düstürla hesablanır:

7

Misal: fərz edək ki, müştəri xidmətlərinə saatda 15 müştəri yaxınlaşır. Müştərilər arası vaxtın 3 dəqiqədən az olması ehtimalı nədir?

Həlli: 3 dəq = 3 / 60 = 0.05 saat

          8

Nəticə, ardıcıl gələn iki müştəri arasındakı vaxtın 3 dəqiqədən az olma ehtimalı 52.76%-dir.

9

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir