ST18: Seçmə üsulları - INNAB

ST18: Seçmə üsulları

Seçmənin ümumi topludan üstün olan cəhətləri nələrdir? Təhlilin seçmə üzərindən aparılması topluya nəzərən daha az vaxt və xərc tələb edir. Seçmə üzərində işləyən təhlilçi toplu üzərində işləyən təhlilçiyə nəzərən daha az enerji sərf edir və daha operativ işləyir. Seçmənin aşağıdakı üsulları var:

1

Ehtimalsız seçmələrdə verilənlər seçilmə ehtimalından  asılı olmayaraq seçilir.

Sübut üzrə seçmələrdə verilənlər yalnız sübut əsasında seçilir. Bu metodda verilənlərin seçilməsi çox asandır və heç bir xərc tələb etmir.

Qərar üzrə seçmələrdə biz bu mövzu barədə ekspertlərin daha öncədən olan qəraralarını götürürük.

Ehtimallı seçmələrdə verilənlər bilinən ehtimal əsasında seçilir.

Təsadüfi seçmədə hər bir verilənin seçilmə ehtimalı bərabərdir. Seçmələr əvəzetmə və ya əvəzetmə olmadan aparıla bilər. (misal: torbadan çıxarılmış şar geri qaytarılır və növbəti şarın seçilmə ehtimalı tapılır, buna əvəzetmə deyilir və şarların seçilmə ehtimalları dəyişmir. Lakin, çıxarılan şar geri qaytarılmadan növbəti şarın seçilmə ehtimalı tapılırsa, buna evəzetmə olmadan ehtimalların hesablanması deyilir. Bu metodda hər növbəti şarın seçilmə ehtimalı öncəki şarın seçilməsindən asılı olaraq dəyişir.)

Ardıcıl seçmədə ümumi toplunu müəyyən edirik və bizə lazım olan seçmənin sayını təyin edirik. Daha sonra verilənləri qruplaşdırmaq üçün toplunun sayını seçmənin sayına bölürük. Yaranan qruplardan verilənləri təsadüfi seçirik. Misal, fərz edək topluda 40 verilən var, biz isə 4 veriləni seçib təhlili onun üzrərində aparrmaq lazımdır. N = 40;  n = 4;  k = N/n = 40/4 = 10; bizə 4 verilən lazım olduğu üçün 4 qrupdan hər birindən 1 veriləni təsadüfi seçirik.

2

Stratalaşdırılmış seçmədə ümumi topluda olan verilənlər xüsusiyyətlərinə görə iki və daha çox qruplar (bu qruplar stratalar adlanır) üzrə yığılır. Yəni, eyni xüsusiyyətə malik olan verilənlər bir qrupa aid edilir. Hər qrupdan strata sayına proporsional olaraq təsadüfi verilənlər seçilir. Aşağıdakı şəkildə stratalaşdırılmış seçmə göstərilmişdir:

3

Dəstə seçmədə verilənlər toplunu təmsil edəcək bir neçə dəstə bölünür. Bütün dəstələr arasından təsadüfi dəstələr seçilir və seçilmiş dəstələrdə olan verilənlər bizim təhlil edəcəyimiz seçməni formalaşdırır. Aşağıdakı şəkildə dəstə seçmə verilmişdir:

4

Seçmə üsullarının müqayisəsi:

Təsadüfi və Ardıcıl seçmə üsulları istifadə üçün ən asan vasitədir. Lakin, bu üsulların çatışmayan cəhəti bu üsulla seçilmiş verilənlərin toplunu tam şəkildə təmsil etməməsidir. Yəni, bu metodlarla seçilmiş verilənlər üzərində aparılmış təhlilin nəticəsi 100% toplunu xarakterizə etmir.

Stratalaşdırılmış seçmə üsulu ilə seçilmiş verilənlər toplunu tam şəkildə təmsil edir.

Dəstə seçmə isə ən az xərc tələb edən üsullardan biridir. Lakin, bu üsül səmərəli vasitə deyil. Çünki, bu vasitə ilə seçilmiş verilənlər düzgün nəticə əldə etmək üçün kifayət sayda deyil. Düzgün nəticə əldə etmək üçün böyük həcmdə verilənlər üzərində işləmək ehtiyacı yaranır.

5

Bir cavab yazın