ST4: Orta göstərici alətləri - Təsviri statistika - INNAB

ST4: Orta göstərici alətləri – Təsviri statistika

Orta göstərici alətləri: verilənlərin orta göstərici ətrafında nə cür qruplaşdığını ölçür. Gəlin bu alətləri tək-tək izah edək.

  •  Aritmatik ortalama – orta göstərici alətlərindən ən çox istifadə olunandır. Verilənlərin cəmini onların sayına bölməklə əldə edilir.

Seçmə sayı n olarsa:

1

Aritmatik ortalamada hər zaman lazımsız verilənlərin (outliers) təsiri özünü göstərir.

2

Ümumi toplu üzrə aritmatik ortalam μ ilə işarə edilir, ümumi toplunun cəmini onların sayına bölməklə əldə edilir.

  • 3Median – kiçikdən böyüyə doğru düzülmüş sırada ortada duran rəqəmdir (rəqəmlərin 50%-i mediandan sağda, 50%-i isə solda olur). Heç vaxt mediana lazımsız verilənlər (outliers) təsir etmir.

4

Medianın tutduğu mövqe yalnız medianın sırada neçənci rəqəm oldunu göstərir. Bu medianın yalnız sıra nömrəsidir, onun aldığı qiymət deyil, bunu qarışdırmayın. Yuxarıdakı misalların hər ikisində 5 rəqəm var, medianın sıra nömrəsi (5+1)/2=3-dür. Yəni, 3-cü sırada duran rəqəm (13) bizim mediandır.

Əgər sıralanmış (kiçikdən – böyüyə) rəqəmlərin sayı təkdirsə median ortada duran rəqəmdir. Yox əgər sıralanmış (kiçikdən – böyüyə) rəqəmlərin sayı cütdürsə median ortada duran iki rəqəmin ortalamasına bərabərdir.

  • 5Mod: verilənlər çoxluğunda ən çox təkrarlanan veriləndir. Mod həm kəmiyyət həm də keyfiyyət verilənləri üzrə olur. Heç vaxt moda lazımsız verilənlər (outliers) təsir etmir. Verilənlər çoxluğunda heç mod olmaya bilər və əksinə, bir dəstədə birdən çox mod ola bilər.
  • 6Geometrik ortalama: zaman ərzində dəyişəndə baş vərən dəyişmə (artma, azalma və ya sabit) faizini göstərir.

7

Geometrik ortalama investisiyaların gəlirlilik dərəcəsinin (rate of return) hesablamasında istifadə edilən vasitələrdən biridir.

8

R – gəlirlilik dərəcəsidir (rate of return).

Misal: ilin əvvəlində 100 000 man investisiya edilmişdir, ilin sonunda investisiyanın dəyəri düşərək 50 000 man olmuşdur. Lakin, növbəti ilin yekununa yenidən investisiyanın qiyməti dəyərlənərək 100 000 man olmuşdur.

9

Baxdığımızda, əslində iki il ərzində inevestisiya bizə heç gəlir gətirməmişdir. Lakin, aritmatik ortalama ilə hesablasaq investisiyanın gəlirli olduğunu göstərəcəkdir ki, bu da səhv məlumatdır. Ona görə hər zaman, gəlirlilik dərəcəsini hesabladıqda geometrik ortalamadan istifadə etməliyik.

10

Bütün danışdıqlarımızı aşağıdakı cədvəllə ümümiləşdirək.

11

12

Bir cavab yazın