Statistika kursu & Statistika təlimi & Statistika dərsləri

Biznes Statistikası kursu

Kurs haqqında: Hazırkı iqtisadi şəraitdə müxtəlif biznes proseslərin təhlili əsasında real nəticələrin çıxarılması və düzgün qərarların verilməsi vacib əhəmiyyət kəsb edir. Məlumat bazasının təhlili isə yaxşı statistika biliklərinə yiyələnmək tələb edir. Bütün bunları nəzərə alaraq, INNAB Sizə “Biznes Statistikası” kursunu təklif edir. Kursu bitirən hər bir əməkdaşın aşağıdakı bacarıqlara yiyələnəcəyinə tam zəmanət veririk:

  • Analitik düşünmə bacarığı;
  • Mürəkkəb proseslərin analizi;
  • Düzgün qərar vermə;
  • Etibarlı nəticələr əldə edilməsi;
  • Risklərin və itkilərin proqnozlaşdırılması;
  • Biznes proseslərinin inkişafı;
  • Strateji planlaşdırma.

Bu kurs müddətində Sizlər verilənlərin formalaşdırılmasını, təsviri statistikanı, ehtimal nəzəriyyəsini, paylanmaları, etibarlılıq intervallarını, hipotez testlərini, dispersiyanın təhlilini və X2 testlərini nəzəri olaraq öyrənəcək və praktiki olaraq iş həyatında tətbiqi bacarıqlarına yiyələnəcəksiniz.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq əməkdaşlara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun planı: Bu linkdən tanış ola bilərsiniz.

Kursun dili: Azərbaycan

Kursun müddəti: Dərslər 6 həftə (24 saat) çərçivəsində həftədə 1 dəfə keçiriləcəkdir. Hər dərsin müddəti 4 saat olmaqla, iki saatın sonunda 30 dəqiqəlik fasilə nəzərdə tutulub. Dərslərin keçirilməsi qrafiki bütün iştirakçıların fikri öyrənildikdən sonra təyin olunacaq.

Kursun qiyməti: 400 AZN (Bolkartla hissə-hissə ödəmək də mümkündür).

Kursun materialları: İştirakçılar təlimçilərimiz tərəfindən hazırlanmış Azərbaycan dilli materiallar (konspektlər, slaydlar və testlər toplusu) ilə təmin ediləcəklər (əlavə olaraq xarici ədəbiyyatlar da təqdim ediləcək).

Kursun təlimçiləri:

Aydan Ağabalayeva – hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji xidmətlər departamentində işləyir, əvvəllər Azərbaycanın bank sektorunda ən qabaqcıl banklarında risk menecment sahəsində çalışmışdır. Ümumilikdə, bank sektoru və maliyyə sistemi üzrə 3 ildən artıq təcrübəyə sahibdir. Bakalavr təhsilini Qafqaz Universitetində, Magistratura təhsilini isə Azərbaycan Dövlət Neft Akademiyasında almışdır. İxtisası beynəlxalq iqtisadi münasibətlərdir.

(linkedin profili)

Ülvi Yusifov – hal-hazırda “Bank of Baku” ASC-nin Risklərin İdarə edilməsi departamentində işləyir, əvvəllər Azərbaycan Respublikasının Mərkəzi Bankında statistika sahəsində çalışmışdır. Ümumilikdə, bank sektoru və maliyyə sistemi üzrə 7 ildən çox təcrübəyə sahibdir. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, Magistratura təhsilini isə Qafqaz Universiteti və Williams College’də almışdır. İxtisası maliyyədir.

(linkedin profili)

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21; 012 594 01 94

E-poçt: contact@innab.org

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza, 1-ci korpus 12-ci mərtəbə

Bir cavab yazın