MH10: Balans Hesabatı

Balans hesabatı müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. Mənfəət-zərər və balans hesabatları arasındakı əsas fərq bundan ibarətdir: mənfəət və zərər hesabatı müəssisənin müəyyən bir dövr ərzindəki (misal: Yanvar 2014 – Dekabr 2014) gəlirlərini və xərclərini özündə əks etdirirdisə, balans hesabatı əksinə, bəlli bir tarixdə (misal: 31 dekabr 2014) müəssisənin nəyə sahib olduğunu göstərir. […]