Əlaqəli yazılar

VLOOKUP ilə 2-ci, 3-cü və n-ci dəyərlərin tapılması

VLOOKUP funksiyası ilə verilmiş cədvəldə şaquli şəkildə axtarış aparmaq mümkündür. Lakin cədvəldə eyni dəyər bir neçə dəfə qeyd olunubsa, axtarış zamanı bu funksiya vasitəsilə həmin dəyərlərdən yalnız birincisini tapmaq mümkündür. Eyni dəyərin təkrarlandığı bütün halları tapmaq üçün başqa funksiyaların köməyindən istifadə olunur.

Aşağıdakı nümunədə soldakı cədvəlin birinci sütununda təlim iştirakçılarının adları, ikinci sütununda isə hər bir şəxsin iştirak etdiyi təlimlərin adları yazılıb. Bir neçə təlimdə iştirak edən iştirakçının adı iştirak etdiyi təlimlərin sayı qədər təkrarlanıb.  Sağdakı cədvəldə hər bir şəxsin iştirak etdiyi təlimləri onun adının qarşısına yazmaq lazımdır. VlOOKUP funksiyası başqa funksiyaların köməyi olmadan hər bir şəxsin iştirak etdiyi yalnız bir təlimin (siyahıda ilk qeyd olunan) adını tapa bilər. 

Sağdakı cədvəldə hər bir iştirakçının iştirak etdiyi bütün təlimlərin adını tapmaq üçün aşağıdalı əməliyyatlar icra edilməlidir:

  • Soldakı cədvəlin sütunları arasına köməkçi sutun əlavə olunur.
  • B2 xanasına bu funksiya yazılır və aşağıdakı xanalara tətbiq edilir: =A2&COUNTIF($A$2:$A2,A2). Countif funksiyası hər bir iştirakçının adını rəqəmlərlə nömrələyir. Məsələn, cədvəldə Məmməd Məmmədovun adı 3 dəfə qeyd olunubsa, onları Məmməd Məmmədov1, Məmməd Məmmədov2, Məmməd Məmmədov3 kimi nömrələyir.
  • F2 xanasına bu formula yazılır və aşağıdakı və sağdakı xanalara tətbiq edilir: =IFNA(VLOOKUP($E2&COLUMNS($F$1:F1),$B$2:$C$16,2,0),””). Funksiyanın tərkibində yazdığımız $E2&COLUMNS($F$1:F1) VLOOKUP funksiyasının axtardığı, $B$2:$C$16 isə axtarış aparılan xanalar toplusudur. $E2&COLUMNS($F$1:F1) funksiyası iştirakçıların adlarını sütunlara görə nömrələyir. Məsələn, Məmməd Məmmədov F2 xanasında Məmməd Məmmədov1, G2 xanasında isə Məmməd Məmmədov2 olur. IFNA funksiyası hər bir iştirakçının iştirak etmədiyi təlimlər üçün müvafiq xananı boş saxlayır.

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.