Əlaqəli yazılar

Ən yaxşı elektron poçt imzasını necə yaratmaq olar?

A laptop with a graphic image of an incoming email

İş həyatında müştərilərlə ünsiyyət zamanı peşəkarlığınızı nümayiş etdirən əsas məqamlardan biri də “rockstar” imzasına sahib olmaqdır. Düzgün seçilmiş bir elektron poçt imzası olmadan spam qovluqlarına düşə, qeyri-peşəkar görünə bilər və hətta potensial işinizi belə itirə bilərsiniz. Komandanız üçün mümkün olan ən yaxşı elektron poçt imzasını yaratmaq axtarışındasınızsa və ya bir “freelancer” olaraq işləməyi düşünürsünüzsə, bu təlimat sizin üçündür.

  • Peşəkarlığınızı əks etdirsin

Elektron poçt imzaları çalışdığınız iş sahəsinin  incə bir göstəricisi və şəxsi təqdimatınızdır. Əgər qrafik dizaynla məşğul olursunuzsa yaradıcılığınızı nümayiş etdirən cəsarətli rənglərə və dizaynlara malik bir imza yarada bilərsiniz. Əksinə hüquqşünas, mühasib və ya məsləhətçi kimi daha rəsmi bir sahədə işləyirsinizsə, ciddi və neytral rənglərə malik olan bir e-poçt imzasına sahib olmaq daha məsləhətlidir.

  • Professional  xidmətdən istifadə edin

Özünüz elektron poçt imzası yarada bilərsiniz, amma bəzən bunu peşəkarlara həvalə etmək daha effektiv nəticə verə bilər. Mümkün olan ən yaxşı təəssüratı yaratmaq istəyirsinizsə bu zaman  peşəkarlara müraciət etmək daha düzgün olacaqdır. İmzanızla bağlı detallardan əmin olmaq üçün rocketseed.com saytının xidmətlərindən istifadə edə bilərsiniz.

  • Şirkətinizə dair keçid bağlantısı

Elektron poçt imzanız daha çox qarşılıqlı əlaqə yaratmaq üçün dizayn edilməlidir. Buna görə mütləq şirkətinizin veb saytına bir keçid daxil edilməlidir. Eyni zamanda  Facebook, Twitter, Instagram və ya LinkedIn səhifələrinə keçid bağlantıları da daxil etməklə  insanların şirkətinizin sosial şəbəkələrdə nə qədər yaxşı performans sərgilədiyini göstərə bilərsiniz.

  • İmzanız məktubun ümumi şriftindən daha böyük olsun

Əksər insanlar ilk sözdən son sözə qədər e-poçtları oxumur. Əsasən xəbərdarlıqlarla dolu olduqda vurğulanmış  məqamlara ümumi şəkildə nəzər yetirirlər. Elektron poçt imzanız kim olduğunuzu və nə etdiyinizi vurğulamağa kömək etməlidir. İnsanların  kim olduğunuzu asanlıqla görə bilməsi üçün imzanızın yazı tipini məktubun qalan hissəsindən daha böyük bir ölçüdə təyin etməyiniz çox vacibdir.

  • Motivasiya edici  sitat əlavə edin

Peşəkar imzanızın yalnız işinizi və şirkətinizi ifadə etməsi səhv bir fikirdir. Şəxsi profilinizə və xarakterinizə dair motivasiya edici sitat əlavə etmək sizə dair səmimi təəsürat yardacaqdır. Əgər hazırda  kim olduğunuzu əks etdirən sitatınız yoxdursa, dahi şəxsiyyətlərin məşhur sitatlarını nəzərdən keçirə bilərsiniz.

Məqalənin əsli: How to create the best email signature

Tərcümə etdi: Gülçin Mahmudzadə

Əlaqəli yazılar