1C proqramı istehsal, ticarət, xidmət, tikinti və s. sahələrdə fəaliyyət göstərən müəssisə və təşkilatlarda geniş istifadə edilir. 1C mühasibatlıq proqramında ilkin sənədlərdən maliyyə hesabatlarının hazırlanmasınadək bütün əməliyyatları qeyd etmək mümkündür.
Proqramın geniş şəkildə istifadə edildiyini nəzərə alaraq INNAB Peşəkar İnkişaf Platforması 1C 8.3 UPP (istehsal müəssisələrinin idarə edilməsi modulu) video dərsliyini təqdim edir. Dərslər aşağıdakı mövzuları əhatə edir:
- 1C proqramı ilə ümumi tanışlıq
- Kassa əməliyyatları
- Alış əməliyyatları
- Nəğd pul vəsaiti haqqında hesabat və 1C-də izahatı
- Təhtəlhesab şəxslərlə əməliyyatlar
- Alış zamanı digər əməliyyatlar
- Mal-materiallar üzrə əməliyyatlar
- Əsas vəsaitlər üzrə əməliyyatlar
- İşçilər üzrə əməliyyatlar
- Əməkhaqqı əməliyyatları
- ƏDV əvəzləşdirilməsi üzrə əməliyyatlar
- DSMF və Vergi üzrə ödənişlərlə bağlı əməliyyatlar
- İstehsal prosesləri üzrə əməliyyatlar
- Satış əməliyyatları
- Mənfəət və zərər hesabatı
- Balans hesabatı
__________________________________________________________________________________________________________________________________________________
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.