Kitab alaraq piksel sahibi olmuşlara səndə qoşul.
Ölkəmizdə peşəkar iş mühitində ən çox istifadə edilən proqramlarından biri də MS Excel proqramıdır. Bu proqram Microsoft şirkəti tərəfindən hazırlanan Office proqramları paketinə daxildir. İstənilən müəssisənin komputerində bu proqramın qurulu olmasını iddia etsək, yəqin ki, yanılmarıq. İş elanları saytlarında orta statistik elana diqqət etsək görərik ki, bu proqram üzrə müəyyən biliklərin olmasını tələb edirlər. Bu proqram vasitəsi ilə sadə cədvəllərdən tutmuş mürəkkəb analizlərədək işləri yerinə yetirmək mümkündür. Azərbaycan dilində də Excel biliklərinə olan həddən çox tələbi nəzərə alaraq INNAB komandasının üzvi, eyni adlı saytda “55 Dərsə Excel” video dərsliklərinin müəllifi Nahid Nəsirov tərəfindən “55 Dərsə Excel” adlı kitab nəşr edilmişdir. Kitabda Excelin A-dan Z-ə bütün əmrləri (Macro xaric), 222 funksiyası izah edilmişdir. Kitabın mündəricatı və mövzuların yazılış ardıcıllığı proqramın əmrləri ilə uyğunluq təşkil edir. Bu da oxuculara qarşılarına çıxan problemlə bağlı anında köməklik etməyə imkan verir. Kitabı sadə dillə, amma dərin bilikləri əhatə edəcək səviyyədə yazılıb. Bu stolüstü bir kitab olduğuna görə birnəfəsə oxumağınıza ehtiyac yoxdur. Tövsiyyə edirik ki, komputerinizdə Excel proqramında oxuduqlarınızı tətbiq edəndən sonra növbəti mərhələyə keçəsiniz.
Kitabın sifarişi ilə bağlı 050 290 6121 və 077 219 1050 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Kitabın mündəricatını bu linkən yükləyə bilərsiniz.
Kitabın nümunə üçün olan hissəsini bu linkdən yükləyə bilərsiniz.