Home (Əsas səhifə) paneli

Exceli ilk açdığımızda bu panel aktiv vəziyyətdə olur. Əminliklə deyə bilərik ki, Exceldə istifadə edilən əmrlərin böyük əksəriyyəti bu paneldə mövcuddur. Panelin görüntüsü aşağıdakı kimidir:

Vaxt itirmədən bu panelə daxil olan əmrlərlə tanış olaq.

Clipboard (Mübadilə Qrupu)

İlk olaraq, Home (Əsas səhifə) panelinin ilk əmrləri Clipboard (Mübadilə qrupu)-na daxildir. Mübadilə qrupu elə bir yerdir ki, biz Exceldə köçürüb və ya kəsdiyimiz məlumatlar müvəqqəti olaraq orada saxlanılır. Məsələn, Biz A1 xanasından bir məlumatı B1 xanasına köçürəndə, ilk növbədə, A1 xanasındakı məlumatları Mübadilə qrupuna əlavə etməli, sonra isə Mübadilə qrupundan B1 xanasına köçürməliyik.

Bu qrupa aid əmrlərdən istifadə etmək üçün bizə xanalar üzərində fərqli əməliyyatlar aparmaq lazım olacaq. Bunun üçün də birlikdə sadə bir cədvəl hazırlayaq. Cədvəlimiz aşağıdakı kimi olacaq:

Bildiyimiz kimi məhsulun satışından əldə edilən ümumi gəlir (məbləğ) say və qiymətin hasilindən formalaşır. Buna görə də D2 xanasına =B2*C2 funksiyası yazılmış və digər xanalara da  (D3 və D4) tətbiq edilmişdir.

Xanaların kənar çərçivələrini müəyyən etmək üçün Home (Əsas səhifə) panelində yerləşən Font (Şrift) qrupunda All borders (Tam çərçivəli) seçimi edilməlidir. Aşağıdakı şəkildə bu proses əyani şəkildə göstərilib.

İndi də A2 xanasına rəy əlavə edək. Rəyimizin mətninə “Bu məhsulu yenidən sifariş etmək lazımdır” yazaq. Bunun üçün həmin xananın üzərinə gələrək, sağ düyməni klik–ləyib açılan menyudan Insert Comment (Rəy əlavə et) əmrini seçirik və rəyimizi yazırıq. Əgər rəyin əlavə edilməsi üçün qısa yol axtarırsınızsa, “Shift + F2” d\ymələrini eyni anda klik–ləyə bilərsiniz.

Yuxarıdakılardan başqa A3 xanasına məhdudlaş–dırma tətbiq edək. Xanaya məhdudlaşdırmanın necə tətbiq edilməsi barədə Data Validation (Xanaların Məhdudlaşdırılması) bölməmizdən oxuya bilərsiniz. Bizim məhdudlaşdırmada A3 xanasına ancaq kitab, karandaş və telefon sözlərinin yazılmasına icazə verilmişdir.

Beləliklə, sadə bir cədvəl hazırlamış olduq. İndi isə bu cədvəl üzərində köçürmə, kəsmə və s. əməliyyatlarını icra edək.

Copy (Köçür)

Bu əmr vasitəsilə seçilən xanadakı məlumatları Mübadilə qrupuna köçürmüş oluruq. Qısa yolu “Ctrl + C” şəklindədir.

Cut (Kəs)

Bu əmr vasitəsilə seçilən xanadakı məlumatları kəsərək başqa yerə köçürmək mümkündür. Bunun üçün qısa yol “Ctrl + X”-dir. Qeyd edək ki, bu əməliyyat icra edilərkən kəsilən hissədə məlumatlar itmiş olur.

Paste (Əlavə et)

Bu əmr vasitəsilə Mübadilə qrupunda olan məlumatları seçilən xanaya əlavə etmək mümkündür. Bu əməliyyatın qısa yolu “Ctrl + V”-dir.

Format Painter (Nümunəyə görə Formatla)

Bu əmr vasitəsilə bir və ya bir neçə xananın formatı başqa xanalara tətbiq edilir. Belə ki, hansı xananın formatını digərinə köçürmək istəyiriksə, o xananın üzərinə gəlib Format Painter (Nümunəyə görə formatla) düyməsini klikləyir və formatı tətbiq edəcəyimiz xananın üzərinə gələrək siçanın sol düyməsini klikləyirik. Bir xanadakı formatı Format Painter əmrini iki dəfə vurduqdan sonra başqa bir neçə xanaya ardıcıl tətbiq etmək olar.

Onu da qeyd edək ki, “Ctrl + Z” və ya ekranın yuxarı sol küncündə yerləşən “← →” ox işarələrinin sola yönələn tərəfini klikləməklə yerinə yetirilmiş hər hansı bir əməliyyatı addım-addım geri qaytarmaq olar.

Yuxarıdakı əməliyyatları icra etməklə asanlıqla surətləmə və köçürmə (Copy&Paste) əməliyyatlarını icra etdik.

 

 


Əgər onlayn dərslərə davam etməkdə nizam-intizamlı deyilsinizsə, “INNAB”-ın ofisində peşəkar müəllimlər tərəfindən interaktiv şəkildə keçirilən təlimlərə də qatılmaq imkanınız var. innab.org saytına daxil olaraq təlimlərimizə qeydiyyatdan keçə, peşəkar komandamızın üzvləri tərəfindən keçirilən, iştirakçılar tərəfindən yüksək məmnuniyyət qiyməti alan kurslarda iştirak edə bilərsiniz. Öyrənmək üçün bəhanə saxlamadıq! Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var.

Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə,

– youtube kanalımıza http://bit.ly/2uHsiIL),

– bloqumuza (http://innab.org/),

– facebook (https://www.facebook.com/innab.org/),

– linkedin (https://www.linkedin.com/school/10683873),

– instagram (https://www.instagram.com/innab__org) səhifəmizə abunə olmaqla

həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz. Peşəkar inkişafınızı təxirə salmayın, öyrənməyə elə indi başlayın! Əlavə məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya və ya “INNAB”-ın facebook səhifəsinə (https://www.facebook.com/innab.org/) yaza bilərsiniz.