Conditional Formatting (Şərti formatlaşdırma)

Exceldə xanaları göstərdiyimiz kriteriyalar əsasında formatlaşdıra bilərik. Bunun üçün Home (Əsas səhifə) panelində yerləşən Conditional Formatting alt menyusundan istifadə edilir. Şərti formatlaşdırmanın şərtləri aşağıdakı 5 qrupda qruplaşdırılıb:

Higlight Cell Rules (Xanaların vurğulanması qaydaları)

Bu qrupda göstərilən qaydalara əsasən xana üzərində fərqli formatlar verilir (arxa fonun dəyişdirilməsi, şriftin dəyişdirilməsi və s.). Aşağıdakı şərtlərə uyğun xanaları formatlaşdırmaq olar.

Greater than (böyükdür) – Göstərilmiş ədədlərdən böyük olan ədədləri özündə saxlayan xanaları şərti formatlaşdırır. Məsələn, verilmiş cədvəldə 500-dən yuxarı maaş alan işçiləri tapaq:

Less than (kiçikdir) – Göstərilmiş ədədlərdən kiçik olan ədədləri özündə saxlayan xanaları şərti formatlaşdırır. Əvvəlki şərti formatlaşdırma qaydalarını Conditional Formatting (Şərti formatlama) – Clear Rules from Selected Cells əmrini icra etməklə silək:

Sonra isə maaşı 700-dən kiçik olan işçilərin maaşı olan xanaları yaşıl rəng çaları ilə şərti formatlaşdıraq:

Between (Arasında) – Verilmiş ədəd aralığında ədədləri özündə saxlayan xanaları şərti formatlaşdırır. İndi də maaşı həm 500-dən yuxarı, həm də 700-dən aşağı şərtini ödəyən xanaları şərti formatlayaq. Bunun üçün ilk növbədə Clear Rules (Qaydaları təmizlə) hissəsində əvvəlki qaydaları silək. Sonra isə aşağıdakı kimi şərtimizi menyuda verək. Bu dəfə rəngin sarı olmasına önəm verək.

Equal to (Bərabərdir) – Verilmiş ədədə bərabər olan ədədləri özündə saxlayan xanaları şərti formatlaşdırır. Maaşı 502 olan işçinin maaş məlumatlarını şərti formatlaşdıraq.

Text that contains (Ehtiva edən mətn) – Verilmiş sözləri özündə saxlayan xanaları şərti formatlaşdırır. Bayramov soyadlı işçini şərti formatlayaq:

A Date occuring (Tarix) – göstərilmiş tarix aralığında məlumatlar yazılan xananı şərti formatlaşdırır.  Aşağıdakı tarix aralığında şərti formatlanmanın aparılması mümkündür:

Nümunə üçün ötən ay işə daxil olan işçiləri şərti formatlaşdıraq:

Duplicates Values (Təkrarlanan dəyərlər) – Təkrarlanan (Dublicate) və ya Unikal (Unical) məlumatları şərti formatlaşdırır. Nümunə üçün eyni ad və soyadda olan işçilərin tam adları olan sütunu şərti formatlaşdıraq:

Top/Bottom Rules  (Birinci/Axırıncı qiyməti seçmə qaydaları)

Bu qrupa aid olan qaydalarla Excel xanalarında ən yüksək, ən az və ortalamadan yuxarı və ya aşağı məlumatlar şərti formatlaşdırılmış olur. Daha ətraflı öyrənək:

Top 10 items (İlk 10 element) – verilmiş ədədlər içərisində ilk onluğa düşən xanaları şərti formatlaşdırır. 10 ədədi istifadəçi tərəfindən artırıla və ya azaldıla bilər.

Verilmiş cədvəldə ən çox maaş alan ilk 5 nəfəri tapaq:

Top 10% (İlk 10%) – Verilmiş ədədlərin yekun hissədə ilk 10 faizini şərti formatlaşdırır. Verilmiş cədvəldə ümumi məbləğin bölüşdürüldüyü 8 faiz işçini tapaq:

Bottom 10 items (Axırıncı 10 element) – verilmiş ədədlər içərisində son onluğa düşən xanaları şərti formatlaşdırır.

Bottom 10% (Axırıncı 10%) – verilmiş ədədlərin yekun hissədə son 10 faizini şərti formatlaşdırır.

Above average (Orta qiymətdən yuxarı) – verilmiş ədədlərdən ortala–madan yüksək olan ədədləri şərti formatlaşdırır.

Below average (Orta qiymətdən aşağı) – verilmiş ədədlərdən ortalamadan az olan ədədləri şərti formatlaşdırır. Məsələn, verilmiş cədvəldə orta əmək haqqından az maaş alan işçiləri tapaq:

Qeyd edək ki, yuxarıda göstərilən 10 ədədi istifadəçilər tərəfindən dəyişdirilə bilər.

Data bars (Histoqramlar)

Bu əmr verilmiş xanalardakı məlumatları bir-birilə müqayisə etmək üçün xanaları histoqram şəklində formatlayır. Bu da dəyişənləri asanlıqla bir-birilə müqayisə etməyə imkan verir.

Color Scales  (Rəng şkalaları) – Verilmiş ədədləri rəng şkalaları ilə formatlamış olur. Məsələn, bu seçimlə verilmiş xanalarda böyük ədədləri yaşıl rəngin çalarları, kiçik ədədi isə qırmızı rəngin şkalaları ilə formatlaşdırmaq mümkündür.

 

Icon sets (Piktoqramlar dəsti) – Verilmiş xanaları piktoqramlarla şərti formatlayır. Piktoqramlar istifadəçi tərəfindən nizamlana bilər.

 

New Rule (Yeni Qayda)

Bu bölmədə istifadəçi tərəfindən fərqli qaydalar yazıla bilir. Nümunə üçün son 2 ayda işə daxil olan istifadəçilərin işə giriş tarixini şərti formatlaşdırmaq istəsək, aşağıdakı kimi seçim edilməlidir:

  1. Conditional formatting (Şərti formatlaşdırma) hisssəsində New Rule (Yeni qayda) seçimini edək.
  2. Use a formula to determine which cells to format (Xanaları formatlamaq üçün funksiyadan istifadə etmək) hissəsinə daxil olaq. Açılan pəncərədə =TODAY()<=EDATE(G1; 2) funksiyasını yazaq.
  3. Format hissəsində xananın arxa fonunun qırmızı olmasını müəyyən edək.

Aşağıdakı kimi şəkil alınacaq. Açılan pəncərədə OK düyməsinə klikləyək.

Aşağıdakı şəkildəki kimi xanaların şərti formatlanmasını görə bilərsiniz:

Bu əmrləri istifadə edərkən istifadəçilər tərəfindən ən çox edilən səhvlərdən biri odur ki, şərtli formatlama zamanı əvvəlki qaydaları silmədən yeni qayda tətbiq edəndə eyni anda ikisi də işləyir. İstifadəçilər bəzən sonuncu qaydanın əvvəlki qaydanı qüvvədən saldığını düşünür. Əgər istəsək ki, ancaq sonuncu qayda işləsin, onda yeni qayda yazarkən əvvəlkini təmizləmək lazımdır.

Clear Rules (Qaydaları təmizlə)

Bu əmr vasitəsi ilə daha əvvəl tətbiq edilmiş şərtli formatlamalar təmizlənir.

Manage Rules (Qaydaları idarə et)

Bu əmr vasitəsi ilə daha əvvəl yazılmış qaydaların dəyişdirilməsi, silinməsi mümkündür.


Əgər onlayn dərslərə davam etməkdə nizam-intizamlı deyilsinizsə, “INNAB”-ın ofisində peşəkar müəllimlər tərəfindən interaktiv şəkildə keçirilən təlimlərə də qatılmaq imkanınız var. innab.org saytına daxil olaraq təlimlərimizə qeydiyyatdan keçə, peşəkar komandamızın üzvləri tərəfindən keçirilən, iştirakçılar tərəfindən yüksək məmnuniyyət qiyməti alan kurslarda iştirak edə bilərsiniz. Öyrənmək üçün bəhanə saxlamadıq! Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var.

Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə,

– youtube kanalımıza http://bit.ly/2uHsiIL),

– bloqumuza (http://innab.org/),

– facebook (https://www.facebook.com/innab.org/),

– linkedin (https://www.linkedin.com/school/10683873),

– instagram (https://www.instagram.com/innab__org) səhifəmizə abunə olmaqla

həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz. Peşəkar inkişafınızı təxirə salmayın, öyrənməyə elə indi başlayın! Əlavə məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya və ya “INNAB”-ın facebook səhifəsinə (https://www.facebook.com/innab.org/) yaza bilərsiniz.