Əlaqəli yazılar

A number of vs. the number of

1) “A number of” ifadəsi dilimizə “bir neçə, bir sıra” kimi tərcümə olunur. Bu ifadədən sonra cəm isim gəlir və xəbər də cəmdə olur.

• There are a number of causes of the accident. – Qəzanın bir neçə səbəbi var.

• A number of employees were injured in the accident. – Bir sıra işçilər qəzada xəsarət aldılar.

2) “The number of” ifadəsi dilimizə “sayı, miqdarı” kimi tərcümə olunur. Bu ifadədən sonra cəm isim gəlir, xəbər isə üçüncü şəxsin təkində olur.

• The number of employees is increasing. – İşçilərin sayı artır.

• The number of students in our class is 24. – Bizim sinifdə tələbələrin sayı 24-dür.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar