Əlaqəli yazılar

Abilin paradoksu

Abilin paradoksu qrup daxilində üzvlərin fərdi fikirlərinə zidd olan kollektiv qərarın qəbul edilməsini ifadə edir. Abilin paradoksu ona görə baş verir ki, fərdlər digərlərinin fikirlərinin yanlış olduğunu düşünsələr də, onların ziddinə hərkət etmək istəmirlər. İnsanlar qrupun düşüncə və hisslərinin əksinə hərəkət etməyə deyil, sosial cəhətdən uyğunlaşmağa meyillidirlər.

Abilin paradoksu Corc Vaşinqton Universitetinin professoru Ceri Harvey tərəfindən elmə gətirilib. Harveyin fikrincə, paradoksun baş vermə səbəbi odur ki, fərdlər fikirlərini ifadə edəcəkləri təqdirdə mənfi münasibətlə üzləşəcəklərindən narahatdırlar və ya qrupun harmoniyasını pozmaq istəmirlər. Bir nəfər təklif irəli sürür və heç kəs ona qarşı çıxmır. Təbii ki, heç kəs fikrini ifadə etməsə, qrup üzvlərinin düşüncə və istəklərinə zidd olan qərar qəbul edilir. Qarşılıqlı məsuliyyət və açıq ünsiyyət əvəzinə, qrup saxta konsensusa nail olur. Təklifi irəli sürən şəxs təklifinin ən yaxşı seçim olmadığını düşünsə də, heç kəs fərqli fikir irəli sürmədiyi üçün yanlış qərar qəbul edilir.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar