Təlim haqqında: Müasir dövrdə hər bir biznesin yaşaması və inkişafı onun datalarla necə davranması və data analitikasından hansı səviyyədə istifadəsi ilə birbaşa əlaqəlidir. Əgər biznes sahiblərinin komandasında dataları biznes dəyərlərini artıran anlayışlara çevirə bilən, məlumatları vizuallaşdıra bilən, doğru data strukturunu tənzimləyə bilən, dəqiq qərar verilməsinə səbəb olacaq analizləri təqdim edə bilən mütəxəssisləri varsa, bu onlar üçün rəqabət üstünlüyü hesab edilir. Müasir idarəetmə standartları ilə işləyən şirkətlərdə BI mütəxəssisləri effektivliyin, müştəri məmnuniyyətinin, məhsuldarlığın, gəlirin artırılması, bazar liderliyi, dəqiq qərar vermə və yuxarıda göstərilən digər işlərin reallaşmasında biznes sahiblərinə dəstək olurlar. BI mütəxəssisinin əsas işi məlumat mənbələrinə (DWH) qoşulmaq, onları emal etmək və yenidən məlumat mənbələrinə əlavə etmək, ən yaxşı təcrübələrə istinad edərək prosesləri dizayn etmək və avtomatlaşdırmaq, hesabatlar təqdim etməkdir.

TƏLİM PAKETİNƏ DAXİLDİR

Təlimlər Seminar və “meetup”lar

Sertifikat:Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 2 istiqamətdə (dinləyici, fərqlənmə) sertifikat təqdim olunacaq. 70% üzərində nəticə göstərən tələbələr istədikləri təqdirdə İKM(INNAB Karyera Mərkəzinə) yönləndirilərək işlə təmin olunacaqlar.

Təlim planı: Bu linkdən tanış ola bilərsiniz.

Təlimin dili: Azərbaycan

Təlimin müddəti: Təlim 3 ay – 78 saatlıq proqram çərçivəsində keçirilir. Hər dərsin müddəti  2 saatdır.

Təlimin qiyməti:

Təlim saatları Dərs formatı Qiymət
19:00-21:00 Ənənəvi (qrup şəklində)

Birdəfəlik ödəniş zamanı 49 AZN endirim ediləcəkdir.

Təlimçilərimiz: 

Novruz Həsənov – Excel üzrə təlimçi 2016-cı ildə ADA Universitetinin “Biznes idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili almışdır. 2018-2020-ci illərdə ADA və Niderlanddakı “Maastricht” Universitetlərində “Biznesin idarə edilməsi” ixtisası üzrə ikili magistr təhsili almışdır. “Smart Promotion”da SMM menecer, “Nar (Azerfon)”da satış üzrə analitik vəzifələrində çalışmışdır. Hazırda “Azercell Telecom” MMC-də data analitikası üzrə ekspert vəzifəsində çalışır.

Natiq Natiqoğlu – SQL üzrə təlimçi 2015-2017-ci illərdə Qafqaz Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə isə eyni ixtisas üzrə magistr təhsili almışdır. Qafqaz Universitetində “Arduino developer”, “backend developer”, “Elektron Hökümətin İnkişafı Mərkəzi”, “City İT Akademiyası”nda data analitiki vəzifələsində çalışmışdır. Hazırda “BNB Dynamics”də “data scientist”kimi çalışır.

Eldəniz Bayramov – Power BI üzrə təlimçi Hazırda “Azərsun Holdinq”də büdcə və hesabata nəzarət üzrə mütəxəssis olaraq çalışır. 2013-2018-ci illərdə QafqazUniversitetinin “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almışdır. 2020-ci ildə Bakı Mühəndislik Universitetinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə)” ixtisası üzrə magistr təhsilini bitirmişdir. “Sumqayıt Texnologiyalar Park”ında maliyyə və layihə idarəetməsi üzrə mütəxəssis vəzifəsində çalışmışdır.

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ

Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun

Tel: 050 290 61 21

E-poçt: contact@innab.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir