Kursun qazandıracağı səriştələrin təsviri: Kurs iştirakçıları proses əsaslı idarəetmənin əsaslarını qavramaqla, gündəlik iş proseslərinə analitik gözlə baxmaq, proseslərin sistemli fəaliyyətini təmin etmək, proseslərdəki faydasız nöqtələri, problemləri, riskləri müəyyən etməklə onlar üzərində təkmilləşdirmə işləri aparmaq, daha az qaynaqlarla daha çox nəticə əldə edə bilmə kimi səriştələrə sahib olacaqlar.
Kursun məzmunu: Kursun məzmunu və təlim nəticələri “INNAB” şirkəti ilə birgə hazırlanmış və ya razılaşdırılmışdır. Məzmun və təlim nəticələri hədəflənən səriştələrin əldə edilməsi üçün yetərli səviyyədədir.
Nə üçün Biznes Proseslərinin İdarəolunması təliminə başlamalısınız?
Kurs iştirakçıları proses əsaslı idarəetmənin əsaslarını qavramaqla, gündəlik iş proseslərinə analitik gözlə baxmaq, proseslərin sistemli fəaliyyətini təmin etmək, proseslərdəki faydasız nöqtələri, problemləri, riskləri müəyyən etməklə onlar üzərində təkmilləşdirmə işləri aparmaq, daha az qaynaqlarla daha çox nəticə əldə edə bilmə kimi səriştələrə sahib olacaqlar.
Bu təlim kimlər üçündür ?
- Biznes Proseslərinin İdarəedilməsi,
- Biznes Analitika,
- İT Proqraqlaşdırma,
- Strateji İdarəetmə,
- Əməliyyatlar və digər bütün əsas funksiyalarda fəaliyyət göstərən əməkdaşlar
Kurs məzunlarının potensial fəaliyyət sahələri:
Biznes Proseslərinin İdarəedilməsi;
Biznes Analitik;
İT Proqraqlaşdırma;
Strateji İdarəetmə;
Əməliyyatlar;
Digər bütün əsas funksiyalar
Kursa qəbul şərtləri: Analitik yanaşma bacarıqlarına, ümumi idarəetmə anlayışlarına və ilkin kompyuter biliklərinə malik olmaq
Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.
Kursun planı: Bu linkdən tanış ola bilərsiniz
Kursun dili: Azərbaycan
Kursun müddəti: Dərslər 2 ay (32 saat) çərçivəsində həftədə 2 dəfə keçirilir.
Kursun qiyməti:
- aylıq 349 295 AZN
Bolkartla hissə-hissə ödəmək də mümkündür.
Kursun materialları: İştirakçılar həm nəzəri, həm də praktiki materiallarla təmin olunacaqlar.
Kursun təlimçiləri:
Orxan Hüseynli – Bakı Dövlət Universitetində İnzibati İdarəetmə ixtisası üzrə bakalavr, İqtisadiyyat və İdaərəetmə ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomları ilə bitirmişdir. “Frankfurt School of Finance & Management” biznes məktəbində təhsil alaraq “Mikromaliyyə üzrə Beynəlxalq Sertfikatlaşdırılmış Ekspert” dərəcəsini əldə etmişdir. Öncə mikromaliyyə sektorunda, daha sonra uzun müddət Azərsun Holdinq MMC-də auditor vəzifəsində çalışmışdır. Son 4 ildə Azərsun Holdinqdə “Biznes Prosesləri üzrə Layihə Meneceri” vəzifəsində müxtəlif istiqamətli “Proses İnkişaf Layihələri”nə rəhbərlik etmişdir. Hazırda Avrora MMC-də Biznes Proseslərinin İdarəolunması şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir. Beynəlxalq mütəxəsisslər tərəfindən təqdim olunan bir çox təlimlərin və layihələrin iştirakçısı olmuşdur.
QEYDİYYAT ÜÇÜN ƏLAQƏ VASİTƏLƏRİMİZ
Kursda iştirak etmək üçün Qeydiyyat Formunu doldurun
Tel: 050 290 61 21/050 299 61 21
E-poçt: [email protected]