Bəzən rəhbərliyin istəyindən asılı olaraq hesabatlarda hər bir sətirdən sonra bir boş sətrin əlavə edilməsi zərurəti yarana bilər. Bunun üçün aşağıda göstərdiyim addımlardan istifadə edə bilərsiniz.
Fərz edək ki, aşağıdakı şəkildə bir hesabat hazırlamısınız və bu hesabatda hər sətirdən sonra bir boş sətirin əlavə edilməsi rəhbərlik tərəfindən tapşırıq kimi verilmişdir.
Bunun üçün E sütununa “Sıra no” adlı bir başlıq artıraraq E2 xanasından E10 xanasına kimi cüt ədədlər ardıcılığını yazaq. E 11 xanasından E20 xanasına kimi isə tək ədədlər ardıcıllığını yazaq.
Sonra isə A1:E20 cədvəlini seçərək Home- Sort&Filter-Costum Sort menyusundandən istifadə edərək E sütununu kiçikdən böyüyə doğru sıralayaq.
Ok düyməsinə tıkladıqdan sonra aşağıdakı şəkildə göründüyü kimi bir cədvəl yaranmış olacaqdır. E1:E20 cədvəlini seçib yenidən çərçivəyə salaq.
Yuxarıda göründüyü kimi istənilən hesabat formatı alındı. Bu əməliyyatın yüzlərlə sətiri olan bir hesabata tətbiq edilə bilinəcəyini nəzərə alsaq bizə xeyli zaman qazandıra biləcəyi qənaətindəyəm.
Diqqətinizə görə çox sağ olun.
Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.