“Break” və “brake” sözləri fərqli yazılsalar da, hər ikisi /breɪk/ tələffüz olunur, yəni onlar omofondurlar. Hər iki söz həm isim, həm feil kimi çıxış edərək müxtəlif mənalar kəsb edirlər.
“Break” felinin əsas mənaları:
“Break” həm təsirli, həm də təsirsiz feil kimi çıxış edərək “sınmaq” və “sındırmaq” mənalarını ifadə edir. Yəni eyni söz və ya söz birləşməsi bu felin həm subyekti, həm də obyekti ola bilər.
I broke a glass.- Mən stəkanı sındırdım.(təsirli feil)
The glass broke. – Stəkan sındı. (təsirsiz feil)
Xarab etmək
Someone’s broken the TV. – Kimsə televizoru xarab edib.
Pozmaq, əməl etməmək
To break the law – qanunu pozmaq
To break the rules – qaydaları pozmaq
To break your promise – vədinə xilaf çıxmaq
To break a contract – müqaviləni pozmaq
To break the silence – sükutu pozmaq
Fasilə vermək
Let’s break for lunch. – Gəlin nahar üçün fasilə verək.
“Break” isminin əsas mənaları:
Fasilə
to have/take a break – fasilə vermək
a short break – qısa fasilə
a lunch/coffee/tea break – nahar/ qəhvə/ çay fasiləsi
Tənəffüs
I’ll speak to you at break. – Səninlə tənəffüsdə danışacağam.
“Brake” sözü isim kimi “əyləc”, feil kimi “əyləci basmaq” mənasını verir.
Brakes fail. – Əyləclər tutmur.
The brakes failed and the car crashed into a tree. – Əyləclər tutmadı və maşın ağaca çırpıldı.
She had to brake suddenly to avoid a dog in the road. – O, yoldakı itdən qaçmaq üçün qəflətən əyləci basmalı oldu.
Hazırladı: Madam Helpful