Əlaqəli yazılar

Britaniya aksentinin növləri

1. Cockney

Böyük Britaniyanın ən məşhur aksentlərindən biri olmaqla yanaşı, Londonda işçi sinfinin dialekti kimi də tanınır. Əsas xüsusiyyəti isə “th” hərf birləşməsinin “f” kimi oxunmasıdır.

2. Brummie

Birminhem əyalətinin yerli aksenti hesab olunur. Məşhur “Peaky Blinders” serialında Tomas Şelbi obrazı bu aksentdə danışır.

3. Yorkshire

İngiltərənin “Tanrının xüsusi diyarı” adlanan Yorkşir bölgəsinin aksenti də ingilislərin ən sevdiyi aksentlərdən biridir. Bu aksentin əsas xüsusiyyəti isə sonu “i” (ee) səsi ilə bitən sözlərin “eh” kimi oxunmasıdır. Məsələn, “nasty” sözü “y” hərfi ilə bitsə də, səslənmədə “i” kimi oxunur. “Yorkshire” aksentində isə bu söz [nasteh] kimi oxunacaq.

4. Scottish

Başa düşülməsi ən çətin aksentlərdən biridir. Əsas xüsusiyyəti sözün sonunda “t” səsinin tələffüz edilməməsi, “ch” birləşməsinin “x” kimi oxunması və uzun sait səslərin qısa tələffüzüdür.

5. Northerin Irish

İrland aksentinin əsas xüsusiyyəti isə sözdə səslərin çoxunun tələffüz edilməməsidir. Məsələn, “northerin” sözü [nor’n] kimi tələffüz edilir.

Hazırladı: Aytən Cavadova

Əlaqəli yazılar