Danışıqların 6 növü
Danışıqların müxtəlif yolları var. Buna görə də istifadə etdiyiniz danışıqlar üsulu və əldə etmək istədiyiniz nəticə barədə aydın fikriniz olmalıdır. Qalib-məğlub danışıqlar. Bu halda A tərəfi istədiyini əldə edir, B tərəfi məğlub olur. Bu yanaşma yalnız birdəfəlik əməliyyatlar üçün nəzərdə tutulub. Məsələn, siz bir məhsulu ən yüksək qiymətə satmaq və ya ən ucuz qiymətə almaq istəyirsiniz. […]
Motivasiyada “X faktoru”
1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində Avropada menecment məsləhətçiləri tərəfindən Britaniyada və Qərbi Almaniyada yerləşən avtomobil istehsalı zavodlarını müqayisə edən bir neçə araşdırma aparılmışdır. Nəticədə məlum oldu ki, ən yaxşı alman zavodları ən yaxşı Britaniya zavodlarından dörd dəfə daha məhsuldar fəaliyyət göstərirlər. Əvvəlcə, Britaniyalı tədqiqatçılar aradakı fərqi alman zavodlarının yeni olması, İkinci dünya müharibəsindən […]
İş axtarışı təşvişini azaltmaq üsulları
Əmək bazarında kifayət qədər savadlı və bacarıqlı iş axtaran namizədlərin olması rəqabəti artırır. Bu isə öz növbəsində iş axtaranları təlaşlandırır. İş axtarışı təşvişini aşağıdakı üsullarla azaltmaq mümkündür: Dəstəkçilər tapın. Əhatənizdə pozitiv və sizə dəyər verən insanların olmasına diqqət yetirin. Bundan əlavə, Linkedin, Facebook və digər sosial şəbəkələrdə iş axtarışı qruplarına qoşula bilərsiniz. Maliyyə vəziyyətinizə nəzarət edin. […]
Kirpi konsepsiyası
Tülkü və ya kirpi olmaq seçiminiz olsaydı, hansını seçərdiniz? Çoxları tülkü olmağı seçir, çünki tülkü hiyləgərdir, kirpi isə sakit və astagəldir. Bunun biznesə nə aidiyyəti var? Kirpi konsepsiyası qədim yunan təmsilinə əsaslanır. Təmsildə deyilir ki, tülkü çox şey bilir, kirpi isə bir böyük şey bilir. Təmsildə tülkü kirpini tutmaq üçün bir çox strategiyalardan istifadə edir, […]
Sağ qalma sindromu
COVID-19 pandemiyası bütün dünyada bir çox müəssisələrdə ixtisarlara yol açdı. Aydındır ki, ixtisarlar işini itirənlər üçün ciddi problemlər yaradır, lakin ümumi düşüncəyə görə, işdə qalanlar ixtisar onlardan yan keçdiyi üçün özlərini xoşbəxt hiss edirlər. Rəhbərlər düşünürlər ki, ixtisara düşməyən işçilər əvvəlkindən daha çox çalışaraq onların xeyrinə verilən qərarın düzgün olduğunu təsdiqləməlidirlər. Bu fikirlər məntiqli olsa […]
İşçilərin mükafatlandırılması
Mükafatların 2 növü var: maddi və qeyri-maddi. Maddi mükafatlara pul, istirahətə göndəriş və digər maddi obyektlər aiddir. Pul ilə mükafatlandırmanın ən yaxşı yolu tapşırığın icra keyfiyyətinə və ya hədəfə çatmağa görə konkret məbləğ müəyyən edilməsidir. Bəzi şirkətlər səhvən müəyyən bir hədəfə çatmağa görə daimi əməkhaqqı artımı ilə mükafatlandırırlar və işçinin həmin yüksək nəticəni təkrarlayıb-təkrarlamamasından asılı […]
Liderlər öz performanslarını necə qiymətləndirirlər?
Liderlər vaxtlarının böyük bir hissəsini komanda üzvlərini qiymətləndirməyə sərf edirlər. Onlar işçilərin performansına, ünsiyyət bacarıqlarına və əldə etdiyi nəticələrə nəzarət edir və onlara qiymət verir. Uğurlu liderlər öz performanslarını da qiymətləndirməyə zaman ayırır və daim inkişaf yolları axtarırlar. Bu, biznesi və komandanı qiymətləndirmək qədər əhəmiyyətlidir. Liderlər öz liderlik performanslarını qiymətləndirmək üçün aşağıdakı üsullardan istifadə edə […]
Maraqlı etimologiyası olan ingilis sözləri
1. Hazard (təhlükə, risk) Bu söz 13-cü əsr ərəb dilində nərd oyunundakı zəri ifadə edən “al-zahr” sözündən yaranıb. Bu oyun qumar hesab olunduğu və qarşı tərəfin zər tutmaq ehtimalı olduğu üçün çox riskli idi. Səlibçilər nərdi Müqəddəs torpağa Xaç yürüşləri zamanı öyrənmişdilər. 2. Sandwich (sendviç) Qəlyanaltının bu cür adlanması 4-cü Sendviç Qrafı Con Monteqyunun adı ilə bağlıdır. […]
Mavi okean strategiyası
Mavi okean strategiyası yeni, rəqabətsiz bazar yaratmaq və onu ələ keçirmək strategiyasıdır. Çan Kim və Rene Moborn həmmüəllifi olduqları, bütün zamanların ən yaxşı strategiya kitablarından biri olan “Mavi okean strategiyası” adlı kitabda “qırmızı okean” və “mavi okean” anlayışlarından istifadə etmişlər. Qırmızı okean bu gün mövcud olan fəaliyyət sahələrini – hamıya məlum bazarı ifadə edir. Qırmızı […]
HR peşəkar idmandan nələr öyrənə bilər? (2-ci Hissə)
2. Performansın idarə edilməsi Peşəkar idmanda performansa nə qədər əhəmiyyət verildiyi məlumdur. Diaqnostik alətlər, analizlər, idman analitikləri vasitəsilə həm idmançı, həm də oyun xırda detallara qədər təhlil olunur. İş yerlərində performansın idarə edilməsi sistemi də belə olmalıdır. Peşəkar idmançılar kimi işçilərin də ixtisaslaşdığı sahələr olmalıdır. Onların güclü tərəflərini maksimallaşdırmaq və çatışmazlıqları üzərində işləmək lazımdır, çünki işçinin […]